Sənin adın üzümdəki cizgilərdə ...
NİKOLAY tərəfindən "Şeir" bolməsinə 00:57 17 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Üzümdəki cizgilərdə sən varsan
Beynimdəki hər fikirdə,
Sözümdəki hər hərfdə,

Bədənimin damarları
gah uyuşur,
gah da donur.
Sənə görə özüm məni
rahat yaşamağa qoymur.

Gözlərim də zəifləyib,
İti görən küçələri,
İndi daha torlu görür.

Torlu gözüm,
ətrafdakı hər adama
bir-bir baxıb səni sanır,
sənə görə
hər günüm də
hər dəqiqəm də
günahlara yaxalanır.

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+22=
Hesaba giriş
Müəllif

NİKOLAY
Haqqında
21 dekabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşam.
Əlaqə
Tel.:
0557603821
E-mail:
nikbin.qasimli@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0308 saniye