Sənin əvəzinə
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 21:36 25 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Sənin əvəzinə sevə bilmərəm,
gülşəndə bülbülü, bağçada gülü.
Necə tərif edim sənin yerinə
gözəl təbiəti, ormanı, çölü. 

Sənin əvəzinə sevə bilmərəm,
bu cümlə bəşəri, nə də özümü.
Mən sevə bilmərəm, gülüm səninçün
şəninə dediyim bircə sözümü. 

Sənin əvəzinə nə vaxt istəsən
sorğu - sualsız ölə bilərəm.
Mümkün - mümkünsüzü xəyal eyləyib,
xəyallı - xəyalsız ölə bilərəm.


... dəfə oxunub
Qiymət: 9/10(993 səs)
[qiymət ver ]
Şərh yaz
2+28=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0519 saniye