***
musiqilər sənin kimidir,
təmiz düşündürücü.
hər parçada bir nostalji xatirələr,
rəsminin üzərinə səpələnər.
təqvimdə soyuq noyabr,
yağış da döyür pəncərəni arabir.
qarışmısan qramafona,
dinləyib səni bu payızı da
çıxıram sona.
hələ çox fəsillər illər sənsiz gələcək,
çox qış qar üzünə həsrət qalacaq.
doğmayacaq yaz günəşi,
dəli şair yar üzünə həsrət qalacaq.