Sənin o gözlərin...
Elşən İsmayıl tərəfindən "Şeir" bolməsinə 09:56 23 mart 2017 tarixində əlavə olunmuşdur

Sənin o gözlərin çıxmır yadımdan,

Elə hey baxıram rəsmlərinə.

O gözəl gözlərin çıxmır yadımdan,

Baxıram, baxıram bir az dərinə...

 

Ruhum ruhunla qovuşur sanki,

Bizim gözlərimiz təmas edəndə.

Qəlbimə nur seli axışır sanki,

Sənin gözlərini mən izləyəndə...

 

Gözlərin Tanrıdır bəlkə mənimçün,

Onların eşqiylə yazıb-yaratdım.

Xəyaldır, sanrıdır bəlkə mənimçün,

Onlarda xoşbəxtlik dünyasın tapdım...

 

Nə ağrım, nə acım, nə də dərdim var,

Gözlərin sağaldır hər bir yaramı.

Cənnətdə bilirəm hazır yerim var,

Gözlərin Tanrıtək duyur duamı...

 

O, nə işıq selidir, gözündən gəlir,

Qaranlıq dünyamı aydınladırsan.

De, bu gözəllik özündən gəlir?

Yatan duyğularımı sən oyadırsan...

 

Sənin o gözlərin taleyim olub,

Gecə də, gündüz də izləməkdəyəm.

Bir həyat kimi gərəyim olub,

Ömür tək yolunu gözləməkdəyəm...

 

Ey mələk, ey huri, ey canan, səs ver,

Səsimi eşit sən, gözlərimə bax,

Gözlərin mənimdir, durma, tələs, ver,

Sevgi öpüşüyəm, izlərimə bax...

 

Elşənəm, gözlərin dəlisiyəm mən,

Sevirəm, gözlərin gözəldir çünki.

Bu dəli dünyanın haqq səsiyəm mən,

Baxdığım o gözlər özəldir çünki...

 

13.03.2017

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+28=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
Tel.:
055 626 96 64
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0261 saniye