SƏNİN TƏK DAŞ QƏLBLİ BİRİ DEYİLƏM
Mən sənin sevgindən necə danışım,
Eşqin tamahının yolunda azıb.
Sənə yad insanam ,nədən qarışım ?
Ürəyin nəm çəkib havadan sızıb.
Bizim yollarımız əzəldən ayrı ,
Geriyə dönüş yox, gedincə dindin
Dedin dolanıram giley güzarlı ,
Bu idim görmürdün ,bəs niyə sevdin ?
Mənə gərək deyil minnətli sevgi ,
Nə dedin susuram, bax dinməyirəm ,
Fərqimiz bir budur unutma, bil ki ,
Sənin tək daş qəlbli biri deyiləm .
Seymuru unutmaq bəlkə asandı,
Unuda bilməsən dönmə geriyə!
Bəlkə düşünürsən hər kəs insandı?
Bir gün darıxarsan insan sevməyə.
Müəllif: SEYMUR SÖNMƏZ PAŞAYEV