SƏNİNƏM DAHA...
Elşən İsmayıl tərəfindən "Şeir" bolməsinə 00:11 27 sentyabr 2017 tarixində əlavə olunmuşdur

SƏNİNƏM DAHA...

 

Açılır pəncərələr,

Gün işığı düşür içəri.

Sanki sənin gülüşün,

O isti öpüşün

Ürəyimi əridir...

Qəlibimin açarıdır

Sənin ala gözlərin.

O şirin dilindən

Eşitdiyim sözlərin

Sanki həzin musiqi,

Özü də saksofonda...

Çəkinmə, bir yaxınlaş.

Bil ki, səninəm daha...

 

Gəl, gir otağıma.

Qorxma!

Səni incitmərəm!

Niyə yalan söyləyim?!

Ruhum sənindir daha...

Ehh...

Sən və sənin o şux duruşun

Məni heyran eləyib.

Saçlarının ətrini

Duymaqdan həzz alıram...

Bəzən xəyalımda mən

Səninlə birlikdə

Göy Xəzərə dalıram...

Anla ki, hər zərrəmlə

Səninəm daha...

Səninəm daha...

 

Yetər ki sən istə,

Arzular çin olacaq.

Bil ki, sənlə birlikdə

Bu yalnız,

Bu susqun ürək

İstədiyin alacaq...

Lap o dünya cənnəti

İnan, bizim olacaq...

Qəlbimizin atəşi

Sönmədən,

Var olan istəyimiz

Dinmədən,

Elə heç kim bilmədən

Gəl!...

Gəl ki,

Qovuşaq yenə

İki şirin nəğmə tək...

Bil, təslim olmuşam mən,

Səninəm daha...

Səninəm daha...

 

Gəl!

Yatağımda sənsizlik

Məni sıxmadan gəl!

Hər an səninlə olan

O gözəl arzularım

Məni boğmadan gəl!...

Gəl, qəlbimin həmdəmi!

Gəl,

Sevəcəm səni...

Gəl, inan sözlərimə,

Dur

Və bax gözlərimə.

Bax ki, daha dözəmmir

Sənsiz olan bu vücud...

Gəl, haydı, əzizim,

Gəl, gir ağuşuma...

Anla ki, hər zərrəmlə

Səninəm daha...

Səninəm daha...

 

ELŞƏN İSMAYIL

25.09.2017

 

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+25=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
Tel.:
055 626 96 64
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0345 saniye