SƏNİNLƏ BİRGƏ
Şəfiqə Şəfa tərəfindən "Şeir" bolməsinə 13:23 29 iyul 2014 tarixində əlavə olunmuşdur

                  Səninlə birgə...

 

Sorağın da getdi səninlə birgə...

Sonuncu hal-xətir xəbərin belə

qarışıb Bakının qızmar yayına

əridi günəşin şəfəqlərində...

Minlər, milyonların içindən keçib,

Qanıma, canıma hakim kəsilmiş

gur səsin, xoş ətrin, isti nəfəsin

silib son qətrəni həndəvərimdən

yağdı yad torpağa ani yağış tək...

Əsdi külək kimi nəfəsin, ətrin,

O yerlər səsinlə səhəri açdı,

Bəlkə sığallayıb özgə saçları 

qatdı, qarışdırdı qızıl payızın

coşan rüzgarına, ilk xəzanına

Nə haqla ?

Nə adla

qoparıb məndən

bəxşiş apararsan yad ağuşuna !

O sənin səsindi,

Sənin nəfəsin,

Sənin rahiyəndi, ancaq unutma...

Səsinə səsimin ahəngi hopub,

Nəfəsin nəmlənib nəfəsim ilə

ətrinə qarışıb tənimin ətri,

Canımdan can alıb

getsən də bil ki

Hər nəfəs alanda, hər danışanda

Səsin qoşalaşar avazım ilə

Nəfəsin dadlanar xoş ətrim ilə...

Məndən qopardığın bir parçam ilə

Haraya getsən də, harda olsan da,

Ardınca gələrək öz kölgən kimi

Mənlə doğmalaşar yad torpağı da !

 


... dəfə oxunub
Qiymət: 7/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
10+13=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0271 saniye