Səninlə də olmur sənsiz də... sən...
Samir Kərimov tərəfindən "Digər yazılar" bolməsinə 12:39 21 sentyabr 2016 tarixində əlavə olunmuşdur

 

Yenə səssizlik,içimdə fırtınalarla ürəyimdən təkcə sən keçirsən. Bir gün imkan olsa gözlərinin içinə doyunca baxmaq istəyirəm. Orda itib batmaq və heç zaman üzə çıxmamaq nə gözəl hissdir. Ürəyimi yandıran baxışlar heç vaxt gözümüm önündən getmir. Sənə dəlicəsinə vurulan olubmu heç... ki səni bütün səssizliyi ilə sevsin. Qəlbinin dərinliyində səssiz və sakitcə... Sənə qarşı hisslərimin önünə keçmək istəmişəm həmişə. Sənə nifrət etmək... amma bunu bacarmıram. Sənə vurğunluğumun önünə keçə bilmirəm. Gözlərin,qaşların ağlımdan çıxmır. Və sən tam cazibədarlığın ilə məni hər qarşılaşdığımızda heyran edirsən. Özümü səndən nə qədər uzaq tutmağa çalışıram, amma boş yerə. Sənə qarşı hisslərim çox güclüdü. Beyin girən kol deyil. Hal hazirda özümü sənə tam təslim etmişəm. Bircə gəl deməyinlə harda olursan ol gələrəm yanına. Sənə belə necə bağlandım? Axı noldu? Bu hardan çıxdı belə? Mən sənə qarşı belə hiss etməmişəm əvvəllər.

Gecə vaxtı qızdırma içində oyanıb su istəyircəsinə mən də səndən ötrü susamışam. Mən də sənə susuz qalmışam. Səni yanımda xəyal etmək boş içki şüşələrində içki xəyal etmək kimidir. Bu gecənin də sabahı var. Amma onun da yenə qaranlıq gecəsi...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+21=
Hesaba giriş
Müəllif

Samir Kərimov
Əlaqə
Tel.:
051 627 36 84
E-mail:
samir_kerimli@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0265 saniye