Yanında azadlığımı hiss etdiyim, səninlə yaşadıqlarım və yaşayacaqlarım uğuruna ömrünə ömrümü həsr etdiyim...
Gün içində, bəlkə də aldığım nəfəs qədər adını təkrarladığım...
Təşnə olduğumda bir toxunuşunla, nəfəsinlə içimə yağan bahar yağmurum...
Ümidsizcə bitən hər günümdə sabahkı günə ümidim...
Üzünü görmədiyimdə xəyallarımın güzgüsünə bir nöqtəsini belə buraxmadan əksini çəkdiyim...
Hər açdığım səhərimdəki gün işığım..
Yağışdan sonrakı göyqurşağım...
Canımdan bir parçamsan, olmadan yaşaya bilmədiyim....
Kimsənin məsuliyyətinə ömür boyu icazə verməyəcəyim, ömrümü həsr edəcəyim....
Cansan!
Canımsan!
Canımdasan!
Dualarımdasan!
Yaxşı ki, varsan!
Aytəkin Cəfərli