SƏNLƏ SƏNSİZLİK (DİALOQ)
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 09:36 09 noyabr 2018 tarixində əlavə olunmuşdur

(QIZ)

 

Sən ,mənim yaralı qəlbim parası!

Yoluna gözümü dikdiyim mənim,

Sənsiz sağalarmı könül yarası?

Tükənməz həsrətin çəkdiyim mənim!

Zəncirə vurulmuş bəxtim nə kəmmiş

Sürgün olunmuşam səadətindən

Zamansız ,səninlə geriyə dönmüş

Necə məhrum qalım məhəbbətindən?

Bir qəfil qərarla sınmış.qanadım

Bir fərman verilmiş ömürlük höküm

Sənsizlik çəkməyim,sənsən həyatım

Razıyam zindanda cəzamı çəkim

Bircə gözlərini çəkmə gözümdən

Bu yasaq deyilən sevgi payıdır

Indi özün söylə bəs nə edim mən?

Hara getsəm qəlbim sənə qayıdır...

 

 

(OĞLAN)

 

Qayıdan o qəlbi ver qalsın məndə,

Onsuzda gəzirəm bihuş bu dəmdə

Hüsnünə heyranam vurğunam sənə

Çəkərəm hə desən,nazını mənə

Qıyma bu canıma qıyma əzizim

Deməyə nə qədər varımdı sözüm,

Yetər ki, əlini tutsun əllərim

Həsrətimi çəkən gözünə baxım

Başqa bir həyata,düşsə izlərin

Mən də ,qəlbimdəki izinə baxım,

Bəlkə bir yastıqda qocalmarıq biz

Yarısı yadındı yarım qalmışıq

Ayrılsaq bu qəlbdən güc almarıq biz

Birgə tam olmuşuq,bütöv olmuşuq.

Dəli duyğularım gələcək dilə

Bəlkə səni başqa biriylə görsəm

Yox..yoxx..dözəcəyəm boynu belə

Bükülü görməyim ,ondansa,ölsəm,

Bu fani dünyadan getsəm yaxşıdı

Dünyanın xoşbəxti olmaq,istəməm

Sənin ürəyində bitsəm yaxşıdı ...

 

(QIZ)

 

Dəli dalğalardır sahilə vuran

Qərib qağayıdır sənli ümidim

Sənsizlik dağlardır gözümə duran

Sən dağ cüssəli ,çənli ümidim!

Ömrüm zülmətlərə yanan şam olar

Sənin ki,gözünün işığı mənəm

Nuruma bəlkədə çoxu cəm olar

Sənin işığının aşiqi mənəm.....

Gizləyib saxlayar adını dilim

Ruhum sənlə yatar,sənlə oyanar

Mənimçün üzülmə,,qurbanın olum

Mən də məndən daha çox elə sən var!

 

(OĞLAN)

 

Əlini ver mənə əlindən tutum

Sənsizlik anını daha unudum

Eşqimin bəstəsi canımda cansan

Ruhumun rübabı yaxşıki varsan,

Çağırsan gəl desən mən gələcəyəm

Səni ömrüm boyu bil sevəyəm.

 Bəlkə də ömrümün günü sayılı

Vüsalı sən deyib özləyəcəyəm

Bitməz bu sevginin sirli nağılı

Sevgin yaşatdıqca ölməyəcəyəm .

Üstümə bu dünya qoşun tək gəlsə

Tək səni,tək səni mən sevəcəyəm.

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

YAZILMA TARİXİ :07 NOYABR.2018 ci il.

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+18=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0317 saniye