Sənsiz məktub
Bəhram Həsənov tərəfindən "Digər yazılar" bolməsinə 17:47 09 fevral 2014 tarixində əlavə olunmuşdur

Salam!
Sənə məktub yazmaq istədim. Amma nə yazacağımı bilmirəm. Sevgimdənmi yazım, qəzəbimdənmi, ya incikliyimdənmi. Bəlkə...
Nə fərqi var axı nə yazdığımın. Anlayan 3 nöqtədən belə anlayar, anlamaq istəyənə sükut belə yetər.
Yenə səni xatırladım, daha doğrusu sənsizliyi. Səni xatırlaya bilməzdim ki . . .
Lap sözləri tükənmiş amma susduğu anda öləcək adam kimi hiss edirəm özümü. Elə bil sən bu məktubu oxuduqca mən yaşayıram və hər cümlənin sonunda bir az daha sona yaxınlaşır ömrüm...
Niyə yazıram axı bu məktubu? Səbəb sənsən, sənsə yoxsan... səbəbəsiz, sənsiz və ünvansız bir məktub yazıram... eyniylə özüm kimi, sənsiz bir məktub...


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+20=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0292 saniye