Sənsiz səninlə...
Nihad Əliyev tərəfindən "Hekayə" bolməsinə 11:18 14 dekabr 2016 tarixində əlavə olunmuşdur

Bu mənzili səninlə bəyənib almışdıq.Nə qədər arzularımız vardı:-Bu evə gəlin gətirmək,bu evdən qız köçürtmək....Heyif,bunlar elə arzu olaraq qaldı.Oğulda evlənəcək,qızda gəlin köçəcək.Təəsüf ki,səndə qayıtmayacaqsan.Hər dəfə qapının kilidini açanda gözlərim səni axtarır.Kaş,möcüzə olardı məni qarşılayardın.Amma,hər dəfə qarşıma divardan asılmış gülümsəyən şəklin çıxır...

Vaxt gedir,mən dəyişirəm sən isə gənc qalacaqsan.Üzün qırışmayacaq,saçlarına dən düşməyəcək heç vaxt.Otaqlarda nəyi harda qoymusansa elədə qalıb.Heç kimi qoymuram əşyalara dəysin.Sənli günlərim  məni tək qalmağa qoymur.İllər səni məndən uzaqlaşdırdıqca məni sənə dahada yaxınlaşdırır.

Həmin gün heç yaddan çıxmaz;İşdə idim.Birdən evdən zəng gəldi-"Ata balaca qardaşımız bəyağdan ağlayır.Mama da yatıb.Qaqaşla nə balacanı sakitləşdirə bilirik nədə mamanı oyada.Tez gəl nə olar!"

Təlaşla evə gəldim.Uşağı qucağıma aldım.Sənə tərəf gəldim.Sən əbədi yuxuya getmişdin.

Həmin vaxtdan illər keçib.Çətinliklədə olsa uşağları böyüdürəm.Balacamız hər gecə-ata nağıl danış,elə nağıl olsun ki,orda anamda olsun məndə.Məni bağçaya aparsın-deyirdi.Mən də hər dəfəsində bir nağıl uydurardım.Oda bu nağıllarda öz analı dünyasını xatırlayırdı.Hər gecə yuxuma gəlib uşaqları görüb tez qayıdırsan.Bir gün evlənmək isdədim.Sən yuxuma gəldin və mənə:

-Yanımda yer yoxdur.Yoxsa,uşaqlarıda özümlə aparardım-dedin.O günnən bu mövzunu bağladım.Mən sənsiz də olsam səninləyəm.Həmişə səninlə olacağam!

Müəllif:Əbil Həsənov


... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
9+8=
Hesaba giriş
Müəllif

Nihad Əliyev
Haqqında
Yazar.in-də maraqlı məqalələr yazır. 04.03.05 tarixində Bakı şəhərində anadan olub.
Əlaqə
E-mail:
ysr.syy@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0512 saniye