Ey gül, geri dön, vermə cəfa bülbülə sənsiz.
Qoyma bu yazıq bülbülü həsrət gülə sənsiz.
Yanmaqla sənin atəşi-hicrin ilə cismim,
Dönmüş dəxi indi bir ovucluq külə sənsiz.
Sevdası üçün qan axıdan şam kimi daim,
Gözlər axıdar göz yaşı gilə-gilə sənsiz.
Hüsnün gözümün nurunu almış, daha görməz,
İstər yanıma huri mələklər gələ sənsiz.
Elnur, bu cahan nurusan olmaz dəxi səndən,
Ağlar bu cahan olmasan, çətin gülə sənsiz.