Sənsizlik elədə çətin deyilmiş,
Hələ yaşamağa davam edirəm.
Sənlə olmasada, ömür yolunu,
Təkliklə birləşib qoşa gedirəm.
Sənsizlik elədə çətin deyilmiş,
Arada sevinib, güldüyüm olur.
Yadında, "sulugöz" deyirdin mənə,
Bax indi gözlərim qan ilə dolur.
Sənsizlik elədə çətin deyilmiş,
Unutdum o sənli günləri daha.
Geri qaytaranda "ucuz" alırlar,
Mən xatirələri almışdım baha.
Sənsizlik elədə çətin deyilmiş,
Başımı qatıram yazı-pozuyla.
Hərdən rastlaşıram, kağız üstündə-
Gəzişən adının izi-tozuyla.
Sənsizlik elədə çətin deyilmiş,
Hər gün aldadıram özümü belə.
Zaman da heç yaxşı keçməyir gülüm,
Sənsiz günlərimi verirəm yelə...