Sənsizlik şəhərinin halı
Tayfun Abbas tərəfindən "Şeir" bolməsinə 01:34 04 iyun 2014 tarixində əlavə olunmuşdur

Əzizim,sanki
Buludlarla küləklər
Getdiyini anlayıb,
Mənimlə bərabər
Yasını tuturlar.
Buludlar hər gecə
Ağlayır,
Külək elə hey vıyıldayır,
Köksünü ötürür.
Gecələr daha da zülmətləşib.
***
Yetər artıq qayıt gəl.
Yetər artıq buludları ağlatdın,
Küləyi hirsləndirdin,
İnsanlığı zülmətə qərq etdin.
Qayıt! Qayıt gəl.
(foto:Dadash Adna)


... dəfə oxunub
Qiymət: 4/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+29=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0187 saniye