SƏNSİZLİK
Cevahirat Dinavasova tərəfindən "Şeir" bolməsinə 11:52 04 dekabr 2014 tarixində əlavə olunmuşdur

Sənsizliyi belə sevdim sən varsan içində

"Sən"lə başlayan hər şey səni xatırladır mənə

Yox,yox yalan dedim qoy lal olsun bu dilim

Səni heç unutdummu xatırlaya da bilim

 

Sənlə başladı hər şey sənsizliklə yaşanır

Bu sənsizlik qəlbimə bir ox kimi saplanır

Gör umduğum nə idi, qazandığım nə oldu

Mənə sevgidən qalan yenə sənsizlik oldu

 

Gecələr ətrafımı sarmış yenə sənsizlik

Gör əvvəl necə idik, indi nə hala gəldik

Bəlkə bu sözümə inanmaq çətin sevgilim

Amma sənsizliyini səndən daha çox sevdim

 

O məni qoruyacaq bilirəm məhşərədək

Bəlkə də olmayacaq sevən səni mənimtək

Bəlkə də hiss edirsən mənim hiss etdiyimi

Axı deyərdin həmişə, " Ürəyin məndə deyilmi?"

 

Bəzən üsyan edirəm bitsin bu sənsizliyim

Bitirdi məni artıq sənsiz səbirsizliyim

Hər şeyə rəğmən əzizim sevirəm səni, hər kim

Qoy nə istəyir desin, bitməsin bu " Sənsizlik"


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+18=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0269 saniye