Sergey Pavlovic Korolyov
AlexRaySanchez tərəfindən "Məşhurlar" bolməsinə 11:10 16 iyul 2014 tarixində əlavə olunmuşdur

Sergey Korolyov — sovet alimi, kosmik raket texnikası üzrə konstruktor, təşkilatçı və kosmik tədqiqatlar üzrə pioneer olmuşdur. Onun rəhbərliyi altında OKB-1-də kosmik uçuşlar üçün raketlər və gəmilər hazırlanırdı. Onun ideyaları və aparıcılıq stili sovet kosmik tədqiqatlarınıın istiqamətini müəyyənləşdirmişdir. Onun layihələndirdiyi ilk raketlərdən olan "Soyuz" bu gündə tətbiq olunmaqdadır.Korolyov kiçik ikən onun valideynləri Mariya Korolyova və Pavel Korolyov ayrılırlar. Ona görə də, o, nənəsinin himayəsi altında Nişində böyüməli olur. Erkən vaxtlarından o uçuşla maraqlanır və yerli dərnəklərdə mühərriksiz təyyarələrin düzəldilməsi ilə məşğul olur. Sonra o, Moskva Aviasiya İnstitutunda təhsil alır.1930-cu illərdə Korolyov raketlərin düzəldilməsi ilə məşğul olur. 27 iyun 1938-ci ildə Stalinin təmizləmə siyasətinin qızğın çağında o başqa rəqibi, mühəndis Qluşkonun satqınlığı nəticəsində həbs olunaraq 10 il müddətinə sürgün edilir. Başqalarından fərqli olaraq Korolyov öz cəzasını alimlər üçün nəzərdə tutulmuş xüsusi "Şaraşka"da çəkməli olur. Orada şərait çətin olmağı ilə bərabər Korolyov həm də güllələnməkdən qorxurdu. 1942-ci ildə o Kazana köçürülür. Burada Korolyov başqa mühəndislərlə birlikdə qırıcı təyyarələr üçün mühərrik üzərində işləyir. 1944-cü ildə Andrey Tupolyevin səyi nəticəsində Korolyov azadlığa buraxılır. İkinci dünya müharibəsindən sonra Korolyov sovet raket proqramının başçısı təyin olunur. Onun məqsədi sivil raketlərinin yaradılması idi. 1945-ci ildə Korolyov başqa həmkarları ilə Berlinə alman raket proqramını öyrənməyə göndərilir. Burada o Verner fon Braunun işləri ilə tanış olmağa və onun Amerikaya gedə bilməyən işçilərini axtarmağa başlayır. 1945-ci ildə o Nordhausen şəhərinə köçür. 1946-cı ildə Korolyov alman raket mütəxəssisləri ilə birlikdə Sovet İttifaqına qayıdır. Bunların arasında fon Braunun assistenti Helmut Qrötrup və aerodinamika üzrə mütəxəssis Verner Albring var idi. Korolyovun rəhbərliyi altında alman mütəxəssisləri Qorodomila (Tver ərazisi) adasında raketlərin yaradılması üzərində işləyirlər. Amerikaya aparılmış almanlardan fərqli olaraq SSRİ yə gətirilmişlər çətin şəraitdə işləyirdilər. Amerikada onlara vətəndaşlıq verildiyi halda, digərləri ruslar tərəfindən istismar edilərək öz biliklərini verməli olurdular. Korolyovun ən böyük nailiyyətlərindən R-7 raketi və ilk "Sputnikin" buraxılışı ( 1957), kosmosda ilk insan – Yuri Qaqarin (1961) kosmos texnikasının tarixində önəmli rol oynamışlar. Korolyov 1966-cı ildə xərçəng xəstəliyindən əməliyyat keçirilən zaman ürək zəifliyindən dünyasını dəyişir. Ona hörmət əlaməti olaraq onun külü olan qab Kreml divarına qoyulmuşdur.


... dəfə oxunub
Qiymət: 9/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
6+29=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0296 saniye