Səssiz Addımlar
Alçin Doqquz tərəfindən "Hekayə" bolməsinə 22:58 10 aprel 2014 tarixində əlavə olunmuşdur

Bu hekayənin ilk yarısın dostum Etibar yazmışdı. Davamın gətirəcəkdi. Kitab çıxardacaqdı. Amma olmadı.. hekayə bitmədi amma həyatı bitti.. Bu hekayəni onun qədər yaxşı bitirə bilməyəcəkdim amma bitirmək istədim.. Dostumun xatirəsinə..

 

...Qış ayları idi.. Möhkəm külək əsir, həzin yağan qar isə küləyin musiqisi ilə havada rəqs edirdi. Üstünə qonan qar dənələri əriyir, suya çevrilirdi. Və səssizlik bürümüş bir meşə...
- Bu meşə ilə hərəkət edirdim. Qarın üstü ilə yeridikcə eşidilən xışıltı məni özümdən alıb, uzaqlara aparırdı. Bir çox xəyallar canlanırdı beynimdə. Hamısı bir kadr kimi gözümün önündən keçirdi sanki:
"Lap uzaqlarda kimsələrin olmadığı bir yerlərdə sevgilinlə,huzur dolu bir ortam, musiqi, bir də sənin dərdini bölüşəcək siqaretin.. Gecəni ağuşuna alan musiqini, sevişmə səsləri əvəz edir.. Və səhəri onunla bir yataqda oyanıb, bir-birinin gözünə baxıb, gözlərində olan "o" mənaları anlamağa çalışmaq..". Lakin bu xəyallar çox çəkmir, ümidlərini, arzularını yarıda kəsirdi. Xəyallar səni tərk etdikcə, ucsuz-bucaqsız meşənin dərinliklərində özümü itirdiyimi anlayırdım. Dərinliklərə getdikcə, vaxtın da gec olduğunu hiss edirdim. Yavaş-yavaş qaranlıq düşürdü..Artıq taqətim belə qalmamışdı. Gözlərim isə yumulmağa başlayırdı. getdikcə daha da yumulur,yumulur,yumulur...
...Gözlərimi açırdım və toranlıq pərdə gözümün önündən çəkilmirdi. Əllərimlə gözlərimi ovxalayaraq bunların bir yuxu olduğunu düşnürdüm. Bir daha gözlərimi açmağa cəhd etdim.. və hər şeyi görürdüm:
"Başımın 'üzərində' göy gözlü, sarı saçlı bir qızın durub, gözlərini bərəldərək məni tamaşa etdiyini aydınca görürdüm."
+"Salam", "siz kimsiz?" "mən hardayam?"
-...
+"Danış!", "dilin yoxdu?!", "hardayam dedim mən?!"
Sonradan qızın lal və kar olduğunu anladım...Artıq harada, necə, nə vəziyyətdə olduğumu unudub, qızı düşünürdüm:
"Görəsən necə yaşıyır bu cür?, görəsən hisslərini bağıraraq söyləmək içindən gələrkən necə edir?" Bu cür fikirlər beynimdə dolanırdı.Qız isə gözlərini məndən çəkmirdi... Sanki gözlərinə baxdıqca ofsunlanıb, yenidən xəyala dalırdım.. Öz-özümə fikirləşirdim: "Görəsən bura haradı? mən bura necə gəlmişəm? məni kim gətirib bura?" Suallarıma cavab tapmaq üçün ayağa qalxdım və iri addımlara qapıya tərəf irəlilədim. Qapını açdım, və o mənzərə....
- Ağ yorğana bürünmüş şam ağacları və budaqlarını qar örtmüş lüt ağaclar..
Məşəliyin düz ortasında taxtadan bir sökük daxma olduğunu anladım. Gözüm meşəliyin dərinliyinə zillənmişdi. Birdən mənə arxadan kim isə toxundu:
-"Hi, məni dəli etdiz"
Qolumdan tutaraq məni içəriyə tərəf çəkdi. Aramızda 1 addım belə məsafə olmazdı.. Baxışan gözlər bizi yaxınlaşdırdı.. və öpüşməyə başladıq... Otaqda səssizlik hökm sürürdü....
Bu səssizlik, yavaş-yavaş gecəyə qarışırdı..
Daxmanın sökük yerlərindən gün işığı gözümə düşürdü. Bu işıq məni şirin yuxdan oyanmağıma vadar edirdi. Oyanıb qızı qollarımın arasında gördüm. Mənim tərpənişim, onu da oyatmışdı artıq. Bununla dialoq qurmaq istədim və ağlıma ən yaxşı fikir, qələm-dəftər tapıb, bundan kim olduğunu, mənim bura necə gəldiyimi, ətrafımda nələrin cərəyan etdiyini soruşmaq idi. Yataqdan durub, evi "ələk-fələk" etməyə başladım.Nəhayət axtardığımı tapmışdım. Başladım bir-bir saullarımı vərəqə yazmağa:
- Sən kimsən? məni necə tapmısan? burada tək yaşayırsan?
+ Adım Alicia'dır , biz şəhərdə qalırdıq. Lakin bir gecə möhkəm zəlzələ oldu və evimiz uçdu. Anamı, atamı orada, uçmuş divarların arasında itirdim. Mən isə insanların içərisində qala bilmədim. Hər kəsdən uzaq və sakit olmaq, xatirələrimi elə o şəhərdə qoyub, o şəhərdən qaçmaq qərarına gəldim. İllərdi artıq bu daxmada yaşayıram. Meşəyə biraz gəzmək üçün çıxmışdım, və səni özündən getmiş şəkildə gördüm, bura gətirdim.
... Bu yazılar qarşısında donub qalmışdım. Gözlərim bir nöqtəyə yönəlmişdi. Və bu baxışları, bu hüzunu bir səs pozdu..
Arxaya döndükdə artıq Alicia'nın şam yeməyini hazır edib, süfrəni qurduğunu görürdüm. Demək mən saatlarca bu vəziyyətdə qalmışdım. Saatlarca dərin düşüncələr...Şamlar, şərab, ləziz yeməklər..
Gecədən bir xeylaq keçmişdi. Yenə onunla bir yataqda, yenə onunla göz-gözə.. Və o gözlərdə əsir olaraq yuxuya getmək...
Alicia'nın yuxuya getdiyinin fərqində idim. Səssizcə yataqdan qalxaraq məktub yazırdım...
- "Alicia...
Səninlə keçən iki gün mənə sanki illərmiş kimi gəldi. Sənin o məsum gözlərində əsir olmaq, o hisslər.... Aman Allahım, vərəqə töküləcək deyil. Ancaq bir gün getməli idim. Bəlkə də o günün, bu gün olması daha yaxşı olardı. Bəlkə də nə vaxtsa qovuşacıq..
.....Bağışla, sadəcə bağışla..."
Məktubu çarpayının yanındakı masanın üzərinə buraxıb çıxdım. Biraz sonra oyanan Alicia məktubu götürüb oxumaga başlamışdı. Artıq yarısına çatanda Alicianın mavi gözlərindən düşən damcılar isti sobanın üzərinə düşüb buxarlanırdı. Onu orada tək buraxıb soyuq şam ağaclarının arası ilə gedirdim. Burda qala bilməzdim yəqin. Amma ağlım hələ də Alicianın yanında idi. Gecə düşənə qədər çata bilməyəcəkdim bunu hiss edirdim artıq. Qar izlərimi çoxdan örtmüşdü. Azdıgıma əmin idim amma soyuq getdikcə daha da kəskinləşirdi. Daha tam sağalmamış 2 ci dəfə eyni vəziyyətə düşürdüm. Qar o qədər yağmışdı ki , ayağım yarıya qədər qarın içinə batırdı. Addımlarımı güclə atır , şam ağaclarından yapışa-yapışa güclə hərəkət edirdim. Göydən ildırım sürətiylə yağan qar düz gözlərimin içinə dolurdu. Yavaş-yavaş yerə çökürdüm. Birdən qarşıdan bir işıltı gördüm. Əvvəlcə xəyal gördüyümü sandım amma sonra 2 nəfərin məni qolumdan tutdugunu gördüm..

Gözümü açmaga cəhd elədim amma bulanıq görüb gözlərimi yumdum. 3 cü cəhddən sonra gözlərimi ovuşdurub ətrafa baxdım. Bir daxma , yandakı masada saat vardı. Gecə 4 idi. qarşı çarpayıda bir kişi uzanmışdı. Qaranlıq otağa yenidən nəzər salıb gözlərimi yumdum.

Səhər günəş işıgına oyandım. Düz gözümə düşürdü. Başımı yerdən qaldırdım. masa ətrafında qoca 1 qadınla , kişi nahar edirdilər. Məni görəndə gülümsündülər. Yəqin ki həyat yoldaşı idilər. Üzlərindəki cizgilər illərin iztirabından xəbər verirdi. Qoca qadın oyandıgımı görüb bir çay süzdü.

- Buyur , oğlum , yəqin neçə gündür yoldasan bir şey yemirsən.
- Mən bura necə düşmüşəm , nolub mənə ?
- Səni dünən evin yanında tapdıq , qar və soyuq səni bir təhər eləmişdi. Nə gəzirsən buralarda bu qız vaxtı , azmısan deyəsən
- Hə azmışdım. Məni xilas etdiyiniz üçün təşəkkür edirəm amma getməliyəm.
- Nə tələsirsən , oğlum , hələ yeməyini ye , havada yaxşıdır mən səni maşınla apararam istədiyin yerə.

Maşın oldugunu eşidib biraz sakitləşdim. Masa arxasına keçərkən çöldəki qarı gördüm. O an ağlıma Alicia düşdü. Görəsən necə oldu ? çox mu üzüldü gedişimə ? belə eləməməliydim. Çox peşman idim hər şeyə görə. Çox gözəl süfrə idi. Nə vaxtdır belə doymamışdım..

Əlimdəki mürəbbə axan qaşığı ağzıma aparanda gözüm divardakı şəkilə sataşdı. Qaşıq əlimdən yerə düşdü. Yerimdə donub qalmışdım. Divardakı Alicianın şəkili idi. Bu necə ola bilərdi axı ? Yəni bu qoca qadınla , kişi Alicianın valideynləridi ? axı onları zəlzələdə itirmişdi..

- Noldu , oğlum ?
- Bbbbuuu..Bu qızz
- Hə bu Aliciadır. Bizim qızımız.
- İndi hardadır ?
- Möhkəm bir zəlzələ olmuşdu. Çox dəhşətli günlər idi. Bir-birimizdən ayrı düşdük. Kənd qarışıq idi onda. Çox adam yaxınların tapa bilməmişdi. O gündən xəbər ala bilmədik. Yaşayırsa belə kim bilir hardadı indi.

Danışdıqca halı pisləşirdi qadının. Kişi yaxınlaşaraq əlini qadının çiyninə qoydu. İçimdə keçirdiyim hisslər...Bu hissləri heç bir kəlimə ilə ifadə edə bilməzdim. O qarda qaldıgım 2 gündən belə daha çətin vəziyyətdə idim. Alicia , o öz ata , anasının yaşadıgını bilməli idi. Tez evdən çıxıb Alicianın yanına getməyə qərar aldım. Maşınla müəyyən bir yolu gəldikdən sonra , piyada getməli idim. Alicianın valideynlərinə hələ heçnə deməmişdim. Bəlkə də sürpriz daha yaxşı olardı. Dəli kimi qarlı meşədə o daxmanı axtarırdım. Bilirdim ki çox yaxınam. Uca şam ağacının yarısına qədər çıxıb nəhayət ki evi gördüm. Qaçaraq evə girdim. Evdə heç kim yox idi. Yazdıgım məktub yerdə bükülmüşdü. Tez çölə çıxdım. Alicia da getmişdi. Buranı tərk etmişdi. Amma onu tapmalı idim. Yerdəki ayaq izlərindən bir yerə qədər izləyə bildim amma sonrasında izlər itirdi. Qarda yavaş-yavaş yağmağa başlayırdı. Zibil ! bircə bu çatmırdı ! Hava artıq qaralmışdı. Mənsə qışqırırdım. Dəli kimi qışqırırdım. Tam əldən düşmüşdüm dediyim an , bir ağacın altında qırmızı şərfli birinin oldugunu gördüm. Bu Alicia idi. Tez yanına qaçdım. Gözlərini yummuşdu. Qucaqladım. Tərpənişə oyandı. Qar dənəcikləri içində açılan mavi gözləri məni görəndə sevincdən ağlayırdı. Bir-birimizi dəli kimi qucaqladıq. SOyuqdan büzüşmüş , göyərmiş dodaqlarından öpdüm. Əllərini isitdim. Tez cibimdən büzüşmüş məktubmu və qələmi çıxardım..

- SƏnin valideynlərin , ölmüyüblər , biraz aralıda bir evdə qalırlar. Sizin kənddən biraz aralıdı. Zəlzələdə xəstəxanalarda qalıblar. Səni onların yanına aparmalıyam.

Yazdıqlarımı oxuyanda Alicianın gözləri yaşarmışdı. Məni qucaqlayaraq ağlamağa başladı. Onun əlindən tutub iti addımlarla irəliləyirdim. Qarsa bir tərəfdən kəskinləşirdi. Tufan qopurdu. Külək qarları havada rəqs etdirib üstümüzə vururdu. Yerimək mümkünsüzləşirdi. Bu qaranlıqda yolu tapmaq bir tərəfə , heç yerimək də olmurdu. Alicia dizlərini yerə qoyub çökmüşdü. Onu bərk qucaqladım. Əynimdəki paltonuda ona geyindirdim. 1 saata yaxın orda oturmuşduq..

Yenə bulanıq gözlərlə gözümü açdım. Sağ tərəfdə başımın üstündə qoluma serum qoşmuşdular. Xəstəxanada oldugumu anladım. Tez ayaga qalxıb Alicianı görmək istədim amma dura bilmədim. Nə qədər cəhd etsəmdə dura bilmədim. Başımı qaldırıb aşağı baxdıqda isə ayağlarımın olmadığını gördüm. Bu mənzərə... Heç bir sözlə ifadə edilə bilməzdi. Bir gün oyanıb ayaqlarının olmamığını görmək. Ölmək istəyirdim. Səsə içəri girən Alicia başımı qucaqladı. Yanıma uzandı. Səsimi boğurdu sanki..

2 həftə sonra artıq buna öyrəşmişdim. Bizi meşədən elə Alicianın ata , anası xilas etmişdi. Maşınla güclə bura qədər gətirmişdilər. Saatlarla qar içində qalan ayağım artıq işə yaramadıgından kəsmişdilər. Alicia bir dəqiqə də olsun yanımdan ayrılmırdı. O mavi gözlər və kiçik təbəssüm ayaqlarım üçün üzülməyə o qədər də vaxt qoymurdu.

Xəstəxanadan ayrıldıq və ayaqlarım bahasına başa gələn bu qarlı , soyuq , intizar , nifrət dolu yolla evimizə dogru irəliləyirdik. Bütün bu olanlara baxmayaraq , həyata yeni addımlar atmaga çalışan ayaqsız mənim və heçnə eşidə bilməyib , danışa bilməyən Alicianın içində yeni bir işıq , yeni bir ümid , yeni bir sevinc vardı..


... dəfə oxunub
Qiymət: 8/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
10+16=
Hesaba giriş
Müəllif

Alçin Doqquz
Haqqında
ADU tələbəsi. Graffiti , Rap , Hip-Hop.
Əlaqə
E-mail:
somalicek@box.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0331 saniye