Səssiz rəqs edən hərflər...
Sufi_Cavid tərəfindən "Şeir" bolməsinə 04:23 18 iyun 2014 tarixində əlavə olunmuşdur

                                 Səssiz rəqs edən hərflər…

 

Səssiz rəqs edən hərflər

 

Doğmalar kimi, həyat kimi

 

Keçir süzgəcimizdən hədəflər

 

Sevgilimin dodağında buraxdığım iz kimi

 

Damarıma qarışıb bugün neyin ahəngi

 

Sən də dəyişdin, görürəm sevginin hər rəngini

 

Ya da biri çıxır deyir: məhv edərəm qəlbinin sərhəddini

 

Hər həddini aşaram, gəlmir artıq ruhumun səsi

 

Doğmur günəşim, kölgə salırsan

 

Yanan köz kimi, qəlbimi yandırırsan

 

Toxunmursan, baxıb simamda ləkələr qoyursan

 

Bu sevgi deyil, yoxsa nə deyirsən?!

 

Qələmimə baxıb, utanmadan gülürsən…

 

Küləklər arzularımı cilovlamır, yenə sənsizlik

 

Tərs qələm qulaq as, yazma, dayan biraz səssizlik

 

Bizlik yoxdu daha, indi ancaq sənlik-mənlik

 

Sakitlik, musiqidə də həzinlik…

 

Gecədir uçur ümidlərin, qonmur könlümə

 

Pianoda notlar alışır, hər biri dolur qəlbimə

 

Eşq öz sirrini pıçıldayır, yaxınlaşıb gizlincə

 

Mən yenə sözlərimdə sənsizəm

 

Buralar artıq mənə yaddı, ömürünü tərk edirəm

 

Yavaş-yavaş uzaqlaşıb gözlərindən itirəm

 

Ya da ki sufi yalnızlığımda səni itirirəm

 

Bugün anladım ki, mən heç kiməm !

                                                                              Sufi…


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
7+22=
Hesaba giriş
Müəllif

Sufi_Cavid
Haqqında
Men sema shairiyem, insanlarla ishim yoxdur deyen bir shair dostum var , onun bu ifadesi yazdiqlarima stimul verdi ve istediyim kimi yazmaga bashladim nece deyerler temeli atdi, binani ise men ucaltdim... Insan heyati ise qacan at surusune benzeyir ve her kes bir-birinin icinde ele hey qacir, hara ve ne ucun qacdigimizi ise bilmirik, bunu derk etmek ucun o surunu kenardan teqib eden bir aslam olmaliyiq bu ise cetindir, insanlari artiq kenardan seyr edirem ve istediyime nail olacagima da inaniram. Heyatda dogru inanc ve qerarli inam o insani istediyi noqteye catdirar ve daha artigina. Ozunuze inanin, ozunuzu inandirdiginiz yalanlara deyil...
Əlaqə
Tel.:
+994777566616
E-mail:
cavidsahin7.cq@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0202 saniye