səssiz sevgi
Samir Kərimov tərəfindən "Digər yazılar" bolməsinə 13:48 28 sentyabr 2016 tarixində əlavə olunmuşdur

Səndən ötrü çox darıxıram, səninlə də sənsiz də. Nə olardı bu dumanlı dünyama bir günəş kimi işıq saçaydın. Nə olardı indi tənha olmayaydım,yanımda sən olaydın. Sənə sevgilim deyə biləydim, səni nə qədər çox sevdiyimi deyəydim. Heç bilirsənmi nə qədər çox sevirəm? Bunu sənə deyə bilməyəck qədər çox... Nə olardı indi əlindən tutub,ipək saçlarından oxşayaydım...

Artıq söyləmək istəyirəm. Səni söyləmək istəyirəm bütün varlığımla, bütün varlığını, səni sevdiyimi, bir zəhər kimi hər zərrəmi sarmış bu sevgimi. Səni söyləmək istəyirəm var səsimlə,səsim batana qədər səni hayqırmaq,ruhum parçalanana qədər səni demək. Səndə var olub,səndə yox olmaq. Və yenə də gözlərində itib batmaq...

Yuxularımın daimi sakini,xəyallarımin baş rol oyunçusu,könlümün bircə adı, sən...

Bu günümü də sənsizlik içində, kədər içində, qaranlıq otağımda, soyuq yerimdə tamamlayıram. Gözümdən getməyən gözlərinlə bu gecənin qaranlığında yenə sağollaşıram sənlə. Səni görmək ümidilə qapayıram gözlərimi... Və yuxumda da səni görmək ümidilə...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+8=
Hesaba giriş
Müəllif

Samir Kərimov
Əlaqə
Tel.:
051 627 36 84
E-mail:
samir_kerimli@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0216 saniye