Səssiz
cəmilə tərəfindən "Esse" bolməsinə 23:17 06 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Ölümdən qorxanlardıq biz.Yaşamağa utanmayanlar.Yaşadığını sananlar.Əslində hər kəlməylə ölənlərdik biz.Tək bir səhvlə yox olanlardıq yer üzündən.Utananlardıq özümüzdən,başımız dik olmadı ki heç vaxt.Qaçıb gedə bilmiyənlərik biz.Həyatın yaxasından yapışıb haqqını ala bilməyənlərik.Sadəcə ağlayanlarıq.Ümidsizliyə sığınıb, səssizcə hıçqıraraq.Susaraq bəzən.Bəzən də qışqıraraq susanlardıq biz.Biz yanlızlardıq, Tanrının unutduğu "o" uşaqlardıq.Bəzən deyirəm də bəzi şeylər olmaya bilərdi.Məsələn o, o doğru biri çıxa bilərdi.Sonra deyirəm ki, sus.Sus ki Allah eşitməsin dediklərini.Kənarda qalmaq.Unudulmağı kimlər bilər ki?Onu yaşayanlar mı yoxsa o kimlərisə bir kənarda unudanlar mı.Sevilməyi kim bilər ki?!Mən bilmirəm.


... dəfə oxunub
Qiymət: 4/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+34=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0317 saniye