Pnevmoniya yaşlılar, xronik xəstəliyi olanlar və immun sistemi zəif olanlar üçün təhlükəli ola bilər. Eyni zamanda pnevmoniya cavan, sağlam şəxsləri də zədələyə bilər. Uşaqlarda ölüm törədən əsas xəstəliklərdəndir. Pnevmoniyaların bir çox növləri öz ağırlıq dərəcəsinə görə orta və ağıra qədər dəyişir. Xəstəxana daxilində olarkən əmələ gələn pnevmoniyalar xüsusən virulent və ölümcül olur. Bir çox pnevmoniyalar qəfil əmələ gəlir, sinədə ağrı, temperatur, öskürək, bəlğəmlə və qısalmış tənəffüslə xarakterizə olunur.
Infeksiya adətən soyuqdəymə və qripin ardinca gəlir, lakin başqa xəstəliklərdən sonra və ya öz-özünə də əmələ gələ bilər. ntibiotiklərin bakterial pnevmoniyaları müalicə etməsinə baxmayaraq bəzi antibiotikə davamlı bakterial pnevmoniyalar problem yaradır.
Simptomlar
Pnevmoniyanı təyin etmək çətin ola bilər.Adətən soyuqdəyməyə oxşar simptomlarla keçir və xəstələr adətən daha ağır halda olduqlarını təyin edə bilmirlər. Döş qəfəsində ağrı bir çox pnevmoniyaların ümumi simptomudur. Pnevmoniya simptomları onun törədicisindən asılı olaraq dəyişə bilir:
- Bakteriya. Bakteriyaların bir çox növləri pnevmoniyaya səbəb olur. Bakterial pnevmoniyalar öz-özünə yarana bilər, eyni zamanda xəstəlik yuxarı tənəffüs yollarının virus infeksiyalarından sonra inkişaf edə bilər. Simptomlar titrətmə, yüksək temperatur, tərləmə, döş qəfəsində ağrı, qısalmış tənəffüs, öskürək, yaşıl və ya sarı bəlğəm.
Maraqlıdır ki, yüksək risk qrupuna daxil olan yaşlı, immun sistemi zəif xəstələrdə simptomlar fərqli ola bilər, məsələn temperatur yüksəlmə əvəzinə aşağı düşə bilər.
Bakterial pnevmoniya adətən ağciyərin ancaq bir payına aid ola bilir. Bu lobar pnevmoniya adlanır.
- Viruslar. Pnevmoniyaların təxminən 50%-i viruslar tərəfindən törədilir. Viral pnevmoniyalar soyuqdəymə tipli simptomlarla başlayır. Adətən quru öskürəklə başlayır, başağrısı, qızdırma, əzələ ağrısı, üzülmə kimi simptomlar rast gəlinir. Xəstəlik inkişaf etdikcə tənginəfəslik əmələ gəlir, az həcmdə olan ağ və ya rəngsiz bəlğəmlə xarakterizə olunur. Virus mənşəli pnevmoniyalar zamanı ikincili olaraq bakterial pnevmoniyalar da əmələ gələ bilər.
- Mikoplazma. Bu orqanizmlərin törətdikləri pnevmoniyalar özlərində həm bakterial həm də virus mənşəli pnevmoniyaların əlamətlərini birləşdirir.Lakin bu əlamətlər daha mülayim olur və daha gec inkişaf edir. Yataqda qalacaq qədər xəstə olmaya bilərsiniz və hətta pnevmoniya keçirdiyinizi bilməyə də bilərsiniz.
Mikoplazam pnevmoniyaları məktəb uşaqları və gənclər arasında daha çox yayılıb. Antibiotiklərlə müalicəyə həssadırlar. Lakin quru öskürək və zəiflik bir müddət davam edə bilər.
- Göbələk. Bir sıra göbələk növləri pnevmoniyaya səbəb ola bilər. Bəzi insanlar bunu kəskin pnevmoniya şəklində keçirir, bəzilərində isə simptomlar çox zəif nəzərə çarpır və xronik pnevmoniyaya keçərək aylarla davam edir.
- Pneumocystis carinii. Bu tip pnevmoniyalar AİDS-li xəstələrdə daha çox rast gəlinir. İmmun sistemi orqan transplantasiyası, kimyəvi terapiya, kortikosteroidlərlə müalicə, və ya digər immun zəiflədici dərmanlarla zədələnmiş xəstələr də risk altındadırlar. Əlamətləri kəsilməyən öskürək, qızdırma və qısalmış tənəffüsdür.
Səbəbləri
Sizin ağciyərləriniz membranla əhatə olunmuşdur ki, bu da plevra adlanır. Hər ağciyər paylara bölünüb: sağ 3 paya, sol isə 2 paya. Nəfəs alarkən hava traxeya vasitəsi ilə ağciyərlərə dolur. Ağciyərləriniz daxilində bronx adlanan havaaparıcı yollar var. Bronxlar özləri də alveollarla bitən bronxiollara bölünür.
Sizin orqanizminiz ağciyərlərinizi qorumaq funksiyası ilə təchiz olunub. Adətən insanlar tez-tez müxtəlif infeksiyalara yoluxurlar, lakin orqanizmimizin müdafiə funksiyası xəstəliyin əmələ gəlməsinin qarşısını alır. Məsələn burun seliyi özü bir çox mikroorqanizmləri ağciyərlərə keçməkdən saxlayır.
Hətta mikroorqanizm daxilə keçəndən sonra belə ağ qan hüceyrələri, yəni leykositlər bu mikroorqanizmi məhv edirlər. Lakin yığılıb qalmış patogen mikroorqanizmlər, ağ qan hüceyrələri alveollarda iltihab törədir. Bu da tənəffüsdə olan çətinliyə gətirib çıxarır.
Pnevmoniyaların təsnifatı:
Çox vaxt törədiciyə görə təsnif olunur:
- Cəmiyyət pnevmoniyası. Bura gündəlik həyatda- məktəbdə, iş yerində yoluxa biləcəyiniz pnevmoniyalar aiddir.
- Xəstəxana (nosocomial) pnevmoniyaları. Xəstəxana pnevmoniyaları süni tənəffüsdə olan, intensiv terapiyada müalicə alan xəstələr üçün təhlükəli ola bilər. Bu tip pnevmoniyalar xüsusən də yaşlılar, AİDS xəstələri, uşaqlar, xronik xəstələr üçün çox ciddi ola bilər.
Belə xəstələr üçün səbəblərdən biri də qastroezofageal reflux ola bilər. Bu mədənizin möhtəviyyatının nefes borusuna düşdüyü zaman baş verir. Və bu da pnevmoniyaya səbəb ola bilər.
- Aspirasiom pnevmoniya. Bu o zaman baş verir ki, yad cisimlər sizin ağciyərlərinizə nəfəs vasitəsilə düşür. Məsələn sizin mədənizdə olan qida qalıqları, adətən qusmadan sonra baş verir. Bu adətən beyin zədələnmələri və s. refleksləri zədələyəndə əmələ gəlir.
Digər səbəb cox alkohol içmək ola bilər. Huşsuz adam görsəniz, nəfəs borusuna yemək qalıqlarının aspirasiyası ola biləcəyini ehtimal edin.
Opportunistik organizmlər tərəfindən törənən pnevmoniyalar. Bu tip pnevmoniyalar immun sistemi zədəli olan xəstələr üçün təhlükəlidir. Belə ki,bu tip pnevmoniyalarda sağlam insanlar üçün təhlükəli olmayan mikroorqanizmlər, AİDS-li xəstələrdə, transplantasiya olunan xəstələrdə çox təhlükəli ola bilər.
Müxtəlif patogenlər. Quş qripi və bir sıra kəskin respirator sindrom yaradan viruslar bəzən sağlam insanlar üçün də ölümcül təhlükə yarada bilər.
Risk faktorları
- 65 və daha çox yaşı olanlar və kiçik uşaqlar risk qrupudurlar. Eyni zamanda risk qrupuna daxildir:
- Müəyyən xəstəliyi olanlar. AİDS, xronik ürək-ağciyər, emfizema, diabet və s. Eyni zamanda əgər dalağınız çıxarılıbsa, immun sisteminiz kimyəvi terapiya ilə zədəlidirsə, bu da xəstəliyə həssas olmanıza səbəb ola bilər.
- Siqaret və alkohol.
- Hospitalizasiya olunmuş intensiv terapiya xəstələri.
- Kimyəvi maddələrlə və zəhərlərlə kontakda olan müəssisələrin işçiləri.
- Cərrahi əməliyyata məruz qalmış xəstələr.
Həkimə nə zaman getməli
Ciddi pnevmoniya həyati təhlükəli ola bilər. Odur ki, həkimə müraciət etməkdən çəkinməyin. Əgər öskürək, tənginəfəslik, sinədə ağrı, qızdırmanız varsa mütləq həkimə müraciət edin. üsusən də əgər sizin 60-dan çox yaşınız varsa, orqanizminiz alkohol, siqaret, kimyəvi terapiya ilə zədəlidirsə həkimə müraciət etməyə yubanmayın.
Diaqnostika
Həkim sizin ağciyərlərinizə qulaq asacaq. Sonra çox ehtimal ki, döş qəfəsinizi rentgen etməyi təklif edəcək. Siz həm də qan testləri edəsi olacaqsınız.
Ağırlaşmalar
Pnevmoniyanın sizin üçün nə dərəcədə ağır olub-olmaması sizin ümumi sağlamlığınızdan və pnevmoniyanın tipindən asılıdır. Əgər siz cavan və sağlamsınızsa pnevmoniyanız asanlıqla müalicə oluna bilər. Amma əgər ürək və ağciyər problemləriniz varsa, xüsusən də siqaret çəkirsinizsə onda xəstəliyin müalicəsi uzun çəkə bilər. Bəzi hallarda isə ağırlaşmalarla üzləşə bilərsiniz ki, bu da həyati təhlükəli ola bilər.
- Bəzi hallarda xəstəlik elə ağırlaşır ki, bakteriyalar qana keçir və bakteremiya yaradır. Bundan sonra mikroblar digər orqanlara keçir və orada da iltihab yaradır.
- Ağciyərlər ətrafında maye toplanması və iltihablanma.
Bəzən maye plevranın ağciyərləri və döş qəfəsini örtən hissələri arasında normadan artıq yığılaraq plevrit əmələ gətirir. Bu adətən pnevmoniyalar zamanı baş verir ki, həmin maye iltihablanır və normadan artıq toplanır.Bu halda həmin mayeni xaric etmək üçün qabırğalar arası boru yerləşdirilir.
Ağciyər absesi. İrin ilə dolu boşluqdur. Adətən pnevmoniya olan sahənin ətrafında əmələ gəlir. Antibiotiklərlə müalicə olunur, lakin bəzən cərrahi əməliyyata ehtiyac olur.
Əgər hər iki ağciyər prosesə qoşulubsa bəzən süni tənəffüsə ehtiyac olur.
Müalicə və dərmanlar
Müalicə pnevmoniyanın növündən asılıdır:
- Bakterial. əsasən antibiotiklərlə müalicə olunur. Lakin müalicə müddəti düzgün seçilməlidir.
- Viral. Antibiotiklər effektiv deyil. Müalicə çox həcmdə maye qəbul etmək və dincəlməkdən ibarətdir.
- Mycoplasma. Antibiotiklə müalicə olunur. Lakin sağalma bir qədər uzun çəkə bilər.
- Fungal. Müalicə göbələk əleyhinə dərmanlarla gedir.
Əlavə olaraq temperatur salan dərmanlar, ağrını azaldan dərmanlar, öskürək əleyhinə dərmanlar verilə bilər. Lakin öskürək əleyhinə dərmanları çox vermək olmaz, çünki öskürək özü bəlğəmi təmizləmək üçün mühüm vasitədir.
Əgər sizdə kəskin pnevmoniyadırsa xəstəxanada yerləşdirilib tənəffüsünüz rahatlaşması üçün sizə oksigen verilə bilər. Oksigenə ehtiyac yoxsa evdə də müalicə ala bilərsiniz.
Müalicədən bir müddət sonra tam müalicə olunanadək bir neçə dəfə müayinəyə getməyiniz məsləhətdir.
Profilaktika
Adətən xəstəlik sizin immun sisteminizin zəifliyindən əmələ gəlir. Və xəstəlik adətən başqalarından sizə yoluxmur.Bunu qarşısını almaq üçün:
- Vaksinasiya olunun
- Əllərinizi yuyun.
- Siqaret çəkməyin.
- Düzgün qidalanın.
- Digərlərini qoruyun. Öskürərkən dəsmalla ağzınızı tutun.
Həyat tərzi
- Çoxlu dincəlin
- Çoxlu maye qəbul edin
- Dərmanlarınızı qəbul edin
- Həkimlə vaxtı-vaxtında görüşün
tibb.az