Sevda
Luna tərəfindən "Şeir" bolməsinə 22:25 21 yanvar 2016 tarixində əlavə olunmuşdur

Gözlər iki yanaşı dəniz.

Dalğasında neçə arzunu boğmusan.

Ürəyindən yanağına axan sözləri

Kimsə görər deyə tez, tələsik pozmusan.

Hər kəs səni xoşbəxt zən edər

İçində ki,uçurundan xəbərləri yox

Gülüşün dərtlərini bir qatil tək gizlədər

Sinəndə ki payızın xəzanları çox.

İncitsələr hətda yıxsalar belə.

Vüqarın dağ kimi ucalar göyə.

Doğmalardan yalanlarda eşitdikcə

Susacaqsan bilirəm yenə sən hələ

Bəlkədə doğulmalıydın başqa bir yerdə

Ayaqların bu şəhərə zingirlənib sanki

Sən insanların içində belə

Tək hiss edirsən sən təksən sanki

Boğur xirtdəkdə qəhər bilirəm.

Havalarda soyuyub duyğuların tək

Demədiyin sözlərin yanan alovu

Sənidi ağrıdır inan bilirəm.

Hanı? kiçik sevincdən xoşbəxt olan o balaca qız

O böyüdükcə sevincdə yoxa çıxır.

Sevda adi bir sözdə deyil ki

Vərəqlərə yazdıqca candan can çıxır.

Sevgidə yalan oldu ümid etsəndə

Onu nə qədər qoruyub,gizləsən belə

Ürəyinin qapısını qırıb qaçacaq.

Ondan geriyə xəyal qalacaq.

Yaz gələcək deyillər bu qışdan sonra

Tülpanlar açacaq sevda bağında

Bir səhər oyanıb bu pis yuxudan

Həyat dəftərinə yazdığın kəsi

Siləcəksən dəftərdən həmdə ağlından.

Sevda! kitablardan səni təsvir edən sözlər axtarma.

Səni təsvir etməyəcək hansısa bir söz

İçində ki boşluğu doldura bilməz

Saxta məktublar saxta bir gülüş.

Və ayağa qalx xoşbəxt ol yenə

Yanında olmayanlar o zirvəyə özünü layiq bilmədi

Hər kəsin içində ki sevda deyil o

Mənim tanıdığım Sevda həyata özünü məğlub bilmədi


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+28=
Hesaba giriş
Müəllif

Luna
Haqqında
Aytac Axmedova
Əlaqə
E-mail:
aytac.axmedova.2015@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0227 saniye