Sevdim, gecə-gündüz səni həsrətlə düşündüm....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 23:25 04 iyul 2015 tarixində əlavə olunmuşdur

Sevdim, gecə-gündüz səni həsrətlə düşündüm,
Ömrüm keçəcək dərd ilə,zillətlə düşündüm.

Almış məni qəm cənginə,hər gün çoxalır dərd,
Dərdim mənə həmdəmdi məhəbbətlə düşündüm.

Sən mənlə keçən günləri çoxdan unudubsan,
Mən dərdə düşüb hər günü möhnətlə düşündüm.

Hey arzuladım,fikri-xəyalaınla dolandım,
Hər an səni andım da xəyalətlə düşündüm.

Çox gözləyə bilməz səni Mövlud,bu diləklə
Bir gün dönəcəksən mənə adətlə,düşündüm.

14.12.2014 / Zərdabi

Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+6=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0311 saniye