SEVGİ DOLU GÖZLƏR VƏ ƏLLƏR
Əlsəftər Dayı tərəfindən "Hekayə" bolməsinə 15:38 21 dekabr 2015 tarixində əlavə olunmuşdur

-         Qapılar bağlanır növbəti stansiya “Qara Qarayev”

Oğlan adəti üzrə vaqonun qapısına söykənib çantasını açaraq kitabını çıxarır və yavaşca əlfəcini qoyulduğu səhifədən götürüb ilk səhifəyə qoyaraq qaldığı yerdən ən sadiq yol yoldaşı ilə söhbətə davam etməyə başlayır. Bir müddətdən sonra ani olaraq gözünü səhifələrdən çəkir, düşünür və yenidən oxumağa davam edir. Bu eyniylə bir neçə dəfə davam edir.

          Nəzərini yol yoldaşından ayırıb düşüncə okeanına baş vurduğu anlarda diqqətini vaqonun ən küncündəki 4 nəfər cəlb edir. Biri yatmış ikisi telefonla məşğul olur. Bir nəfərsə dilərinin üzərində saxladığı nə iləsə məşğuldur. Oğlan onun əlindəkinin nə olduğunu görmür. Bu oğlan üçün elə də maraqlı olmadığı üçün yenidən yoldaşı ilə söhbətə davam edir. Bu çox çəkmir, oğlan hiss edir ki, əslində fikri həmin kəsdə və onun məşğul olduğundadır. Əziz yoldaşından ayrılmaq istəmir ama elə yoldaşı onu digər tərəfə getməyə təşviq edir...

          Sonunda maraq hissinə və yoldaşına qulaq asır. Yaxınlaşır və gözləri insan əlləri arasında bir cüt sevgi dolu gözlə birləşir. Mənzərə həqiqətən valehedicidir: bir cüt məsum və sevgi dolu həmçinin özü də sevgi istəyən göz və onu sevgiylə əhatəyə almış əllər. Əl sahibi bilir ki, əgər sevgi dolu gözlər verdiyi sevginin qarşılığını görməzsə o zaman əllərin verdiyi sevgi dolu gözlər üçün zindana çevrilər və sevgi dolu gözlər də daha sevgi və aramlıq mənbəyi olmaz.

          Oğlansa... Oğlan qarşısındakı birləşmiş olan iki əsəri öz təfəkkürünə görə oxumaqla məşğuldur. İlk oxuduğu hər iki əsərin sevgiyə olan ehtiyacıdır. Əl sahibi də sevgi dolu gözlər də xəstəlikdən əziyyət çəkirlər. Hər ikisinin qəlbində həddən çox yığılmış sevgi xəstəliyi var. Belə ki, qəlbdə yığılmış olan sevgi ötrülə bilmədiyindən qəlbi narahat edir və zamanla qəlbi məhv eliyə bilir. Bu xəstəliyin ilkin əlaməti yalnızlıqdır. Bu iki əsərin bir olma səbəbi də bu xəstəliyə düçar olmalarıdır. Əl sahibi bütün qəlbini o sevgi dolu gözlərə ötürmək üçün tələsir. Sevgi dolu gözlərsə bütün vaqonu sevgi ilə doldurub.

          Adəti üzrə bu dəfə də ani təfəkkür üçün nəzərini digər tərəflərə yönəldir oğlan və bu yerdə donub qalır. Sonra yenə ətrafa baxır, daha diqqətlə baxır, oxumaq istərmişcəsinə baxır. Artıq yanılmadığına əmindir. Ətrafda heç kim bu sevgi alış verişinə diqqət etmir. Onlar çox şey itirirlər əgər diqqət edə bilsəydilər onlar da bütün vaqonu doldurmuş olan sevgidən öz paylarını götürə bilərdilər. Amma sevgi dolu gözlərin sevgili əllərlə birgə yaratmış olduğu bu gölün bircə oğlan fərqindədir.

Yəni təkcə oğlan o sevgi gölündən öz payına düşəni ala bilir.

          Oğlan nəsə düşünür və sevgi gölünü daha geniş üfüqlərə daşımaq üçün çantasını açıb qeyd dəftərini götürür:

-         “Qapılar bağlanır növbəti stansiya...”

SON


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+22=
Hesaba giriş
Müəllif

Əlsəftər Dayı
Haqqında
Şərhlər mənimçün çox önəmlidir...
Əlaqə
Tel.:
0504211127
E-mail:
husen_esgerov@live.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0251 saniye