Sevgi Nədir? - Vüsalə Vətənxan
Vüsalə Vətənxan tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 13:28 16 fevral 2018 tarixində əlavə olunmuşdur

Sevgi mənim üçün çox şeydir, hətta hər şeydir. Ən dəyərli olan var-lıqdır sevgi. Həyatdan əbədiyyətə aparan bir yol, ya da duyğudur sevgi…

Yağmurlu havada yağış torpağa döyərkən kiçik bir qarışqanın qaçıb bir daşın altına sığınması kimidir sevgi. Daşın istisinəsığınıb, onu qo-ruyacağına əmin və inamlı, etibarlı, güvənli bir duyğu kimidir sevgi…
Ya da soyuq bir havada çırpınan kiçik bir quşun ağzında öz balasına yem daşıyarkən yuvasına çatdığında qonub sevinərək qanadlarını çırpa-çırpa yağmurdan qalan nəm damlacıqları ətrafa səpələyən o mi-nicik quşun şükür duyğusudur sevgi…
Sevgi bahara tələsən qaranquşlardakı həsrətdir.
Sevgi günəşin çıxmasını gözləyən torpaqdakı həsrətdir.
Sevgi ümiddir insanı yaşatmağa çalışan.
Sevgi mənim üçün çox şeydir, ən uzaq olan yerdə mənə hər kəsdən yaxın olandır sevgi, əlin çatmadıqda, toxunmadıqda belə varlığını hiss etməkdir…
Sevgi, xəyalında canlandırdığın mümkünsüz olandır.
Sevgi, hər şeye rəğmən sevməkdir, əzabına dözmək, çətinliyini hə-diyyə bilməkdir.
Sevgi qışın bahara, baharın qışa tələsməsidir. Dilsiz, ağızsız danış-maqdır sevgi…
Sevgi qarşılıq istəmədən ardınca getməkdir. Sevgi bir tək ürəkdədir ki, yalansız və ixtiyarsız.
Sevgi ölçülməzdir, dəyəri axtarılmaz və qədərsizdir.
Mənim üçün sevgi, uca Allahın Yaradıcı adı altında hər şeyi sev-məkdir, sevə bilməkdir.

Vüsalə Vətənxan


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+20=
Hesaba giriş
Müəllif

Vüsalə Vətənxan
Haqqında
Vüsalə VƏTƏNXAN Mehri Gənc yazıçı-ssenarist, şairə-qəzəlxan. İnstagram: vetenxan_vusale_mehri Youtube: Yazar Vüsalə Vətənxan FB: Gənc Yazar Vüsalə Vətənxan Mehri və Yaradıcılığı. VİG TV (Vig-tv@blogspot.com)-da təsisçi və redaktor. YARADICILIĞI 2012-2015-ci illərdə müxtəlif Mədəniyyət evlərində bədii tədbirlərdə iştirak etmiş, bu sahədə təşəkkürnamələr və fəxri diplomlar almışdır. 2016-cı ildə "Foto-fakt" qəzetinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən “İstedadlı Gənc Qələm” fəxri mükafatı ilə təltif olunmuşdur. 2015-2016 –cı illərdə “Ulusəs” və “Yeni şans” qəzetlərinin redaksiya heyətləri tərəfindən “Ədəbi Söz Sahibi” və “Yaradıcı Qələm Sahibi” fəxri diplomu təltif olunmuşdur. 2018-ci ildə Mədəniyyət Nazirliyinin təşkili ilə “Söz” ədəbi layihəsi çərçivəsində keçirilən “Nəsimi – şeir, sənət və mənəviyyat” festivalının (Leyla xanım Əliyeva tərəfindən) təltif edilmiş diplomatlardandır. 2019-cu ildə İmam Zaman Ağanın adına keçirilən “İntizar” qəzəl müsabiqəsinin qaliblərindən olmuşdur. 2019-cu ildə N Saylı hərbi hissədə Mübariz İbrahimov adına keçirilən tədbirdən fəxri diplom ilə mükafatlandırılmışdır. MÜƏLLİFİ OLDUĞU KİTABLAR. "Bir ovuc kölgə...", "Ayaq səsi", "Dözümə yer ver.", “Qəzəl Gülü”. (Hal-hazırda yeni roman üzərində çalışır.) SSENARİLƏRİ. “Qızlar”, “Tələbənin günlüyü”, “Özgə həyat”, “Bu son deyil”, “Ömürdən alınan 29 il”, “Vətən gülü”, “Hərbi Hospital-2020”. Antologiyalar. "Zərif Kölgələr 1 -2 -3", "Vətən Mücahidləri 1 -2", “Xəzər Təzkirəsi 2”, “Türk dünyası şairləri”, “Arzuların şəhidi”, “Türkay” və s. Şeir və məqalələrim müntəzəm olaraq “Hürriyyət”, “Bakı Xəbər”, “İki sahil”, “Yurd jurnalı”, “Hərbi and” və bir çox dövrü mətbuatda işıqlandırılıb. Çap olunduğu qəzet və jurnallar. "Ulduz", "Fatimə" jurnalı. "Oxu məni", "Palitra", "Azərbaycan", "Vətənpərvərlər" qəzetləri və s. ÜZVÜ OLDUĞU ƏDƏBİ MƏCLİSLƏR "Dirili Qurbani", "Ozan", "Aşiq Pəri", "Vahid", "Məcməüş-şüəra", “DGTYB”, "Saqiyi-Kövsər", "Qələmin sədası" və Azərbaycan Yazıçılar Birliyi Xəzər Bölməsi. İş fəaliyyəti. TV kanallarda yazıçı-ssenarist, sayt üzrə redaktor və VİG TV idarəçisi, təsisçi. Fitret.az-da redaktor. İşlədiyim tv programlar: “Badambura” t/s, “Oyun” t/s, “Qəzəb” t/s, “Zərbə” t/s, “Nurayın günlüyü”, “Atılmışlar” t/s, “Kitchen chef”, “X-serviz”, “David Romanov”, “Son gecə” və s. Vəzifəsi: Ssenarist, rekvizist, rejissor assenti, qrim, geyim rəssamı və s. Üzvlük. AYB, YAP @2023
Əlaqə
E-mail:
vusale.vetenxan@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0306 saniye