Sevgi, Ölüm və Allah...
Bəhram Həsənov tərəfindən "Esse" bolməsinə 21:28 17 mart 2014 tarixində əlavə olunmuşdur

Birinci cümləni yazmaq həmişə çətin olur... İlk dəfə ciyərlərinə nəfəs dolanda çığırdığın kimi içindən bir hayqırtı keçmirsə demək bu yazında ölü doğuldu, yaşamayacaq. Bəs axı hər doğulan da yaşamır. Ciyərlərə dolan o nəfəsin geri dönməməyi də var bir gün. “Sən ağlayırsan və hamı gülür” bunu hardasa oxumuşdum. İlk anından həyat sənə tərs gedir. Və hələ o gülüşlərin neçəsi həqiqidir?! Neçə nəfər kaş ki qız olaydı deyə düşünürlər? Bilmirsən. Sən bunları düşünmürsən. Ağlamağına baxma, elə sən də o sevinənlərdən birisən. Nəyə, niyə sevindiyini bilmədən sevinirsən...

Əvvəl hamı səni sevir. Sevimli olduğun üçün deyil, səni sevməyə borclu o9lduqlarına görə. Hərə bu borcunu bir cür yerinə yerir. Bəziləri isə yerinə yetirmir. Əgər bəxtin gətirsə, məsuliyyətlə bir mühitə düşsən səni lazımı yaşa qədər “sevəcəklər”... bəs sonra?! sən də məcburi sevəcəksən, ya da ki, yaşamadıqlarını yaşamağa çalışacaq, filmlərdə, kitablarda gördüyün sevgilərin ardınca qaçacaqsan... dayan dostum! Dayan! Sən qarın içində çiçək bəsləyə bilməzsən axı. O soyuqluq sənin gülünü solduracaq. Bir gün, beş gün...

Bir gün soyuq bir qış günüdə ölüm qapını döyəndə sən pəncərədən qaçmaq istəyəcəksən. Əvvəllər küçələrində azıb qaldığın o məhəllələr yoxa çıxacaq. Sən ucu buçağı görünməyən bir çölə düşəcəksən. Sığınacaq bir kəsin, daldalanacaq bir yerin olmayacaq. Ölüm səni qovduqca qaçacaqsan. Allaha tərəf. Səni yalnız onun sevdiyini anlayacaqsan... sən həyatda tapmadığın sevgini, ölümlə tapacaqsan... 

(c) Bir dəlinin gündəliyi


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+29=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0261 saniye