Sevgi susdu, danışmadı
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 02:22 23 iyul 2017 tarixində əlavə olunmuşdur

Əllərimdən qopdu əllər,
Andlarını pozdu dillər,
Ötdü aylar, keçdi illər,
Tək ürəklər qovuşmadı

İllər sildi izlərini,
Yalan olan sözlərini,
Unutsam da gözlərini,
Yanan atəş sovuşmadı

Gələcəyə etdim güman,
Əlac olar bəlkə zaman,
Məhəbbətə səbəb olan,
Qəlbim sındı, yapışmadı

Ürəyimə bağlasam da,
Yaraları dağlasam da,
Gecə-gündüz ağlasam da,
Sevgi susdu, danışmadı.

14.02.2015

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+21=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0249 saniye