Qaydasız sevdim, unutmadım, üstəlikdə qovuşmadım. İlk ürəkağrım, ilk sevgim, ilk qurduğum xəyalım, ilk qırılan xəyalım oldun. Bağırmadım səni sevirəm deyə susdum, həyatımı dəyişdin, məhv elədin, yox elədin amma yenidən başlamağa güc verdin. Məsafə böyük idi aramızda amma həmişə yanımda idin. Yıxılına kimi mübarizə aparırdım yıxılandaysa sən ayaqlandırırdın. Uzaqlaşdırdın hər kəsdən sadəcə özünə yaxın elədin, amma özündə məndən qaçdın. Artıq sürətli qaçırdım, dərdlərdən qaçmaq öyrətmişdi mənə bunu. Artıq nitqimi itirmişdim, hər ayrılıqda susmaq öyrətmişdi bunu mənə. Dözümlü birisi olmuşdum, sənsizlik öyrətmişdi mənə bunu . . . !