Sevgi yoxsa evlilik ?
Nizam Memmedov tərəfindən "Digər yazılar" bolməsinə 20:00 02 iyul 2014 tarixində əlavə olunmuşdur

Bəzi sevgililər tezliklə evlilik haqqında düşünürlər. Çünki, onlar sevgili qalmağı bacarmır. Onları birlikde tutacaq hər hansı bir sənədə - kağıza ehtiyac duyurlar. Bu isə əsl sevgi deyil. Əsl sevgi evlənmədən mümkün ola biləcək qədər sevgili qala bilməkdir. Sevgililəri bir-birlərinə yalnız sevgi bağlayır. Ər və arvadda isə bu belə deyil. İctimai qınaq, övladlar, kariyerada uğursuzluq ehtimalı və bu kimi hallar bəzən sevgi olmasa belə cütlüklərin birlikdə yaşamasına gətirib çıxarır. Ailədə valideynləri arasında sevgini görməyən uşaq sevgi haqqında təsəvvürə malik olmur. Bu isə gələcək nəsillərdə sevginin yoxa çıxmasına getirib çıxara bilər. Ümumiyyətlə, evlilik insan tebiətinə ziddir və evliliyin sevgi ilə heç bir əlaqəsi yoxdur. Sevgi anlıq hissdir. Sevginin indikisi və keçmişi var. Sevginin gələcəyi olmur. Mən səni keçmişdə sevmişəm, indi sevirəm amma gələcəkdə sevəcəyimi heç vaxt bilə bilmərəm. Evlilikdə isə belə deyil. İki insan bir-birlərini sevəcəklərinə dair hər hansı bir kağıza imza atır, hələ bir buna şahid de tutulur. Sizcə bu nə qədər düzgündür? 


... dəfə oxunub
Qiymət: 5/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+23=
Hesaba giriş
Müəllif

Nizam Memmedov
Haqqında

Əlaqə
E-mail:
nizam_49@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0382 saniye