Sevgidən qurulu bir evim vardı
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 17:56 03 iyun 2015 tarixində əlavə olunmuşdur

Sevgidən qurulu bir evim vardı,
Həsrətin yelləri əsənə kimi.
Sevdiyim o qızla xoşbəxt idim mən,
O məndən inciyib küsənə kimi.

Gecikdim ilk eşqin son qatarına,
Eşq adlı biletim əlimdə qaldı.
Uşaq tək sevinib çıxmışdım yola,
Sevincin yerini qəm-kədər aldı.

Axdı gözlərimdən hicran adlı yaş,
Ürəyim köksümdə bir közə döndü.
Məni bu həyata bağlayan ümid,
Düşən bir ulduz tək əbədi söndü.

Nə vaxtsa yenidən üz-üzə gəlsək,
Tanıya biləcək görəsən məni?
İllər öncəsində bir söz demişdi,-
“Unuda bilmərəm heç zaman səni”

Mən onu gözlərəm ömrüm uzunu,
Ömrümün sonuna yetişə bilsə.
Cənnəti ölməmiş seyr edərəm mən
Son dəfə ürəkdən üzümə gülsə...


... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+18=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
ruslanelekberli94@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0223 saniye