Sevgililər Günü Qətliamı
ŞvartsMan tərəfindən "Esse" bolməsinə 04:37 14 fevral 2017 tarixində əlavə olunmuşdur

Bu bayramın (?) qısa  tarixi  belədir: Xristian tarixinə  görə, Qədim   Romada  Valentin  adında  bir  keşiş  olub. Xristianlığa  sevgisinə  və  inamına  görə  14  fevralda  öldürülüb. Dünya  da  axmaq  kimi  məhz  dinlə  bağlı  bu  matəm  günü  bayram  kimi  qeyd  edir. Yəni  din  sevgisi  qadın-kişi  sevgisinə  keçərək   başqa  oriyentasiyaya  yönəlib.

Ümumən, bütün  bayramların  ortaq  oxşar  cəhəti  ya  dinlə, ya  siyasətlə  bağlı  olmasıdır. Daha  çox  dinlə  bağlılığı  çoxdur. Əslində  əgər  hər  günümüz  bayram  olsa  heç  bir  bayrama  ehtiyac  olmaz. Hər  günümüz  bayram  kimi  keçmir deyə  xüsusi  günlərə  ehtiyac  duyuruq. Sevgilimlə  mənə  hər  gün  bayramdırsa, 14  fevral  adi  təqvimdən  başqa  bir  şey  deyil.

1929-cu  il  14  fevral. Franssız  əsilli  ABŞ  mafiozu  Baqs  Moran  Al  Kaponenin  fırlanan  təkərinə  çomaq  soxur. Al  Kapone  də  onun  işlərinə  qarışdığı  üçün  Moranı  və  onun  adamlarını  öldürmək  üçün  plan  qurur. Al  Kaponenin  adamları  polis  paltarları  geyinirlər  və  Moranın  adamlarını  divara  düzüb  güllələyirlər. Amma  Baqs  öz  məkanına  gecikdiyi  üçün  polis  maşınlarını  görür  və  aradan  çıxır.

İllər  sonra  Baqs  Moran  sevgililər  günü  qisasını  elə  sevgililər  günündə  alır. Öldürdüyü  adamın  əlində  sevgililər  günü  kartı  vardı. Kartda  bu  cümlələr  yazılmışdır:

“You’ve  lost  your  job, you’ve lost your dough, your jewels and handsome houses. But things could be worse, you know. You haven’t lost your trousers.”


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+30=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0293 saniye