Sevgilim
Laləsən,nərgizsən,
Çəməndə bitmisən.
Qəlbimə girmisən,
Tək məni sevmisən
Sən mənim olmusan,
sevgilim.
***
Laləsən,nərgizsən,
Nə qəşəng açmısan.
Qəlbə nur saçmısan
Yaxama qonmusan
Sən mənim olmusan,
sevgilim.
***
Laləsən,nərgizsən,
Gözləri alasan.
Şirin bir xəyalsan,
Mənimlə qalasan
Sən mənim olmusan,
sevgilim.
27.09.1982.Zərdabi.(Mövlud Ağamməd)