Sevgilim ne olar geriye qayit
Rahid Zahidoğlu tərəfindən "Şeir" bolməsinə 08:09 10 dekabr 2016 tarixində əlavə olunmuşdur

Bu gecə yuxumda görmüşəm səni,
Sevgilim,nə olar geriyə qayıt.
Dost kimi bağrıma basmışam qəmi,
Sevgilim,nə olar geriyə qayıt.

Qayıt,həyatımın mənası darıxmışam mən,
Hər saat,dəqiqə gözləmişəm mən.
İnankı boşuna sevməmişəm mən,
Sevgilim,nə olar geriyə qayıt.

Sanırsan olmasan sevgim bitəcək?
Mənim köməyimə zaman yetəcək?
Rahidin dərdindən vallah öləcək,
Sevgilim,nə olar geriyə qayıt.

Mecnunun sevgisi menimçün yalan,
Qəlbimi sağaltmaq bilməyir zaman.
Şübhən də olmasın sevirəm hər an,
Sevgilim,nə olar geriyə qayıt.

İstəyim çox deyil,bir şans ver yetər,
Səninlə bəxtim də üzümə gülər.
Zamanla sənin də ürəyin sevər,
Sevgilim, nə olar geriyə qayıt.

Sən mənim qəlbimin tək sahibisən,
Ömrümsən,günümsən,hər şeyim sənsən.
Mənim bu dediyimi sən etməlisən,
Sevgilim,nə olar geriyə qayıt.

Qayıt,sevgilim,qayıt,yanıma,
Nə olar bir azca yan bu halıma.
Qoymaram başqasi girsin qoluna,
Nə olar,sevgilim,geriyə qayıt.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+15=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0193 saniye