Sevgilim
Nicat Cəfər tərəfindən "Şeir" bolməsinə 16:05 21 dekabr 2014 tarixində əlavə olunmuşdur

Yenə o səssiz gecə

Yenə xəyalımda Sən.

Gecəmin qaranlığı

Mənə Səndən danışır ,

Ulduzlar!- Ulduzlar

Sanki ürək səsimi,

Özümü nəfəsimi,

Aparır!-Aparır ...

Yalnız Sənə aparır

Bu gözlər səni gözlər,

Bilmirəm ki ,   Hardasan ?

Yaxında uzaqdasan ?

Qəlbimin hərarəti,

Alovlu məhəbbəti,

Ancaq Səni İstəyir

Ey Ay üzlü bənizim!

Mənim ilk məhəbbətim..

Sənə ehtiyacım var,

Yer üzünün yağışa

Ehtiyacı olan tək.

Görsən mənçün darıxırsan,

Axtar məni, ara məni.

Səni sənsiz sevməyimlə

Bu sevgimiz ....

Aparacaq Hara məni ?!

Quruyub , qalmayıb

Gözümün yaşı

Tükənib xəyallar,

Tükənib arzu.

Sənin bir ‘Hə’ sözün

Yetər ki, mənə

Yaratsın yenidən

Gözəl bir duyğu.

Qələm qan ağlayır,

Bu cur sevgidən.

  Dünya  bivəfadı,

 səndə həmçinin!

Sən mənim qəlbimdə

Əbədi qaldın.

Canımı dərdlərə,

Odlara saldın!


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+8=
Hesaba giriş
Müəllif

Nicat Cəfər
Haqqında
Mən Nİcat Tarverdiyev 1994 Baki şəhərində anadan olmuşam Hal hazırda tələbəyəm ədəbiyyatin heca əruz sərsbəst vəznlərində yaza bilirəm. İNşAllah ki oxuyub dəyərli qiymətlərinizi deyərsiz
Əlaqə
E-mail:
nicatcefer@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0219 saniye