Sevgilim
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 13:46 02 may 2015 tarixində əlavə olunmuşdur

Səndən ayrılanı donub fəsillər,
Nə aylar dolanır, nə də ki illər,
Sanki oxşar olub günlərə günlər,
Səni xatırladır mənə, sevgilim.
Darıxdım səninçün yenə, sevgilim.

Ətrafın sükutun pozan ürəyim,
Sənli xəyalları yaşadan beynim,
Bir zaman əlini tutan əllərim,
Səni xatırladır mənə, sevgilim.
Darıxdım səninçün yenə, sevgilim.

Nə zaman düşünsəm özüm özümdə.
Səndən başlayacaq fikrim, sözüm də,
Üzünü hər yerdə görən gözüm də,
Səni xatırladır mənə, sevgilim.
Darıxdım səninçün yenə, sevgilim.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+5=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0288 saniye