Sevgilim...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 20:57 04 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Qarşıma çıxırsan yenə hər səhər,
Hər günüm beləcə keçir,sevgilim.
Nədəndir,baxırsan mənə birtəhər,
Baxışın nə məna verir,sevgilim?

Kədər də mənimdir,qəm də mənimdir,
Duman da mənimdir,çən də mənimdir.
O güllü gülüstan öz çəmənimdir,
O gülə sən məni yetir,sevgilim.

Mövludam, ömrümə doldu qəm,həsrət,
Eşqin cəfasını çəkmisən,əlbət.
Bir dünyam səninlə qalıb-məhəbbət,
Qaytar o dünyamı gətir,sevgilim

5.12.1979 / Axalkalaki
Mövlud Ağamməd   


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+25=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0623 saniye