Sevgimin adı
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 21:20 21 aprel 2019 tarixində əlavə olunmuşdur

Gəl, bərabər çıxaq
buludlardan pilləkənlə sonsuzluğa.

Gəl, birlikdə ovunduraq
hərarəti sönmüş qəlbimizi
Və bərabər ağlayaq. 
Kirpiklərimiz islandıqca qəlbimiz durulsun.
Yanaqlarımızda eşq cığırı açılsın. Sənin sevgin
mənim sevgimin əlindən tutub özüylə aparsın.

Gəl, birlikdə aldadaq dünyanı.
Qayıdacağıq deyib çox uzaqlara gedək.
Təkcə ümidlərimizi çıxaraq çamadanımızdan,
geridə qalsın hər nə varsa. Sənin sevgin
mənim sevgimə eşq elan etsin.

Saçlarıma endir ulduzları,
Ay ışığında sevişək,
dənizin evində
mehtab yaradaq toxunuşlardan.
Səhər günəşi öpsün sevgimizi
Və rüzgarla rəqs edək sonsuzluqda.

Sənin sevgin
mənim sevgimin adı olsun...        

 

Aysel Ateş Abdullazadə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+27=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0226 saniye