Sevgini xatırla
...Gözlərini yum,
məni unut, sevgini xatırla...
Pəncərəni aç, Aya bir öpüş,
ulduzlara salam göndər...
Mənə xəyanət eylə,
həyata “sevirəm”- de.
Güzgünün önünə keç,
saçlarını dara,
gözlərinə gözlərim rəngində sürmə çək.
Yanaqlarını, dodaqlarını qanım rəngində boya,
bir sözlə, həyat üçün bəzən.
Güzgüdən sənə baxan gözələ
həqiqəti etiraf et: “həyat səndən gözəldir” - söylə.
Və unutma; həyat səni mənsiz sevməyəcək!
Yusif Nazim Ərəbsoy