Sevginin 3 növü (3 kinds of love) part2
Mehriban tərəfindən "Digər yazılar" bolməsinə 12:56 26 oktyabr 2014 tarixində əlavə olunmuşdur

İkincisi “Çünki” növ sevgidir.
 Toyotome bu növ sevgini belə tərif edir: “Bu cür sevgide insan, kim olduğu, nəyəsə sahib olduğu, ya da nə isə etdiyi üçün sevilir. Başqa birinin onu sevməsi, sahib olduğu bir nəyəsə bağlıdır. “Misal istəyirsiz?.. “Səni sevirəm. Çünki çox gözəlsən.” “Səni sevirəm. Çünkü o qədər məşhur, o qədər varlısan ki.” “Səni sevirəm. Çünki məni o qədər romantik yerlərə aparırsan ki..”
Yazar, “Çünki” növ sevginin, “Əgər” növ sevgidən daha üstün tutulduğunu izah edir.  “Əgər” növ sevgi bir gözləntiyə bağlı olduğundan böyük və ağır bir yük halına gələ bilir. Lakin sahib olduğumuz nəyəsə görə sevilməyimiz çox xoş bir şeydir. Bu növ, olduğumuz kimi sevilməkdir. Insanlar olduqları kimi sevilməyi üstün tuturlar. Bu növ sevgi onlara yük gətirmədiyinə görə rahatlıq verir. Lakin dərin düşündükdə bu növün “Əgər” növdən əsasən çox fərqli olmadığını görərik. Bu növ sevgi də insanlara yüklər gətirir. Insanlar elə hey daha çox insan tərəfindən sevilmək istər. Onu sevdirən xüsusiyyətlər başqa birində daha artıq təzahür edərsə, onu sevənlərin artıq digərini sevə biləcəyi qorxusuna düşərlər. Beləcə həyatlarında sonu olmayan sevgi qazanmaq uğrunda rəqabət başlayar. Ailənin ən kiçik qızı yeni doğulan körpəyə, sinfin ən gözəl qızı yeni gələn qıza, evli qadın isə ərinin gənc və gözəl katibəsinə paxıllıq etməyə başlayar. Belə halda Toyotome soruşur: “Bu növ sevgidə inam duyğusu ola bilərmi? “Çünki” növ sevgi də həqiqi və sağlam sevgi ola bilməz.” Bu cür sevginin inam duyğusu verməməsinin iki başqa səbəbi də vardır. Birincisi, “Görəsən bizi sevən insanın xəyalındakı insanıq?” qorxusu; ikincisi də, “Birdən nə vaxtsa dəyişərəm, insanlar məni sevməzlər” narahatlığı;

Yaponiyada camaşırxanada çalışan dünya gözəli bir qızın üzü partlayan qazanla çirkin hala düşmüşdü. Qızın nişanlısı nişanı pozaraq onu tərk edib, gedir. Ən pisi isə qızın eyni kənddə yaşayan ata-anası artıq çirkin olan qızlarını xəstəxanada ziyarətə edə bilməmişlər. Gözəlliyi üzərində qurulan sahib olduğu sevgi bir gündə yox oldu. Qız bir neçə ay sonra kədərdən dünyasını dəyişir. Yaponiyalı yazıçı bildirir ki, “Cəmiyyətdəki sevgilərin çoxu “Çünki” növdür və bu cür sevgi davamlılıq baxımından insanı hər zaman şübhəyə salır.” Bəs o zaman, əsl sevgi, inamlı sevgi hansıdır?


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+37=
Hesaba giriş
Müəllif

Mehriban
Haqqında
Özüm özümlə danışdığım qədər başqa biriylə danışmıram. Səbəb dəlilik deyil sadəcə bilirəmki insanı en yaxşı özü dinliyə bilər ...
Əlaqə
E-mail:
mehri.kerimova@inbox.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0332 saniye