Sevginin daşı
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 02:43 23 iyul 2017 tarixində əlavə olunmuşdur

Sənsiz bu həyatın dadı yox imiş
Nə gülüşlər eynidi, nə də göz yaşı
Dünyada bizim tək sevən çox imiş
Sənə isə ağır oldu sevginin daşı

Xəzərə tulladın həmən o daşı
Gözümün önündə batdı bir anda
Ey mənə yad olan könül sirdaşı
Sanma daş tapmaq asandı bu dar zamanda

Daş təklif edənin çoxdu deyəsən
Qorxmursan daşını atan tapılar?
Qorx ki gün gələr sən də deyərsən
Mənim də daşımı qərq etdi sular

Gün gələr sən də tənha sahildə
Coşğun dalğalarla söhbət edərsən
Bəlkə də mənim tək bir dəfə ildə
Daşının batdığı yerə gedərsən

Deyirlər Xəzərdə təzə bir ada
Yaranıb əcaib daşdan, qayadan
Atdığın daşları bir salsan yada
Bilərsən ki, sənsən onu yaradan

07.09.2015

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+12=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.03 saniye