Sevginin fəlsəfi-elmi izahı
Möhsün Mirvəlişli tərəfindən "Esse" bolməsinə 23:30 09 mart 2017 tarixində əlavə olunmuşdur

 

Henrix Heyn deyir ki, mələklər bunu “səmavi sevinc” adlandırır, şeytanlar isə “cəhənnəm əzabı”; insanlar isə buna “sevgi” deyir. 

Erix Fromm deyir ki, bir qadını yaxud kişini sevmək bütün bəşəriyyəti və canlı aləmi sevmək, hörmət etmək, duymaqdır.

Bəs sizin gözünüzdə sevgi nədir?

Elmi izahı mürəkkəb olan bu məfhum dünyaca məşhur yazarlar, şairlər tərəfindən tərifi verilməyə çalışılmış hisdir.

Kimisi deyir ki, sevgi çox ətrli və əlvan çiçəklər sinfindən bitkidir. Onu gözəlləşdirən sadəcə hislərdir.

Bəziləri deyir ki, sevgi yaxşılıq görəndə çoxalmayan, pislik görəndə azalmayandır.

Ya da sevgi qaranlıqda yanan şam işığı kimidir. Sizə yolunuzu göstərər, ancaq uzaqda nə olduğunu bildirməz.

Dünyadakı bəzi yaradıcı adamlara görə sevgi yaradıcılıqda ikili xarakter daşıyır. Buqələmun kimi rəng dəyişir. Bəzən motivasiya verib, Fərhad kimi iri-iri sütunları yarmaq gücü taparsan, bəzən Frida Kalo kimi axırı məhvə, intihara gətirər.

Ya da ruhi xəstəliyə yoluxmaq olar.

 

Bizə uşaq yaşlarından doğmaları, ana-atanı nə qədər sevdiyimiz soruşulurdu.  Biz də qollarımızı iki yana açıb: “Bu qədər” deyirdik. Düşünürdük ki, bu əsl izahdır. Böyüdükcə anladıq ki, məsələ elə də aydın deyil.

 

Təhlükəli hisdir. Düzgün istifadə edilmədiyi təqdirdə əks effektlərini görərik.

Ancaq qorxmaq lazım deyil. Əgər sevdiyiniz biri yanınızda olanda, ya uzaqda olanda bəzən yaşamaq sevinci taparsız.

Azadlıq kimi yaşanılması zəruri hisdir.

 

Ancaq sevgi iki əks cinsin münasibətləri  ilə kifayətlənmir. Çünki valideyn, vətən, kainat, Tanrı sevgisi də buraya aiddir. Yəni, insan yaradılışı belə sevə bilər. Bu da bir güc qaynağı kimi səciyyələnir. Biz vətəni sevmədən şəhid olan əsgər görmərik. Mümkünsüzdür. Əgər bir kəs sevgisiz və həvəssiz şəkildə hər hansı məsələyə başlayarsız, sonu  istənilən kimi alınmaya bilər.

 

 

Bəs sevgini harada yaşamaq lazımdır? Dəmiryolu, çarpayı, soyuq parklar? Yox. İşin ən zövq verici və rahat yönü budur ki, sevginin məkanı mövcud deyil. Bunu da bilməlisiz ki, sevgi yatağa daşınanda adını dəyişib cinsi əlaqə ya eyş-işrət sayılır.

 

Dünyanın ən bərk sevən kəsləri sufi-dərvişlər sayılır. Rəvayətlərdə deyildiyi kimi onlar eşqlərinin axtarışlarına çıxarlar. Sevgilərinin adı isə “Həqiqət”dir.  Taparlar ya tapmazlar bu mübahisə olunmaz məsələdir.

 

Düşünün ki, sırf sevgiyə görə Con Bayron kimi dahilər cəhənnəmdə yanacaqlarını düşünürdülər. Mənasız yerəmi?

Paulo Koelyo isə “İşıq Savaşçısının Kitabı”nda bu məfhumun axtarışının vacib olduğu vurğulanır.  Boş-boşunamı?

Şair, dramaturq Hüseyn Cavid, “Mənim Allahım məhəbbətdir, sevgidir.”- deyirdi.  Sadəcə söz üçünmü?

 

 


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
2+15=
Hesaba giriş
Müəllif

Möhsün Mirvəlişli
Haqqında
Möhsün Mirvəlişli (Böyük Zərdüşt) - 1998 -ci il, 16 avqust tarixində Bakıda doğulmuşdur. İlk orta-tam təhsilini Vaqif Mirzəliyev adına 281 nömrəli məktəbdə alıb. 2016-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olub. Uşaqlıqdan oxuduğu kitabların təsiri onda daha böyük olmuşdur. Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Çexov, Qabriel Qarsia Markez, Viktor Hüqo kimi ədəbiyyat dühalarının təsiri onun yazılarında hiss olunur. Daha çox nəsr əsərləri yazır. Post-modernist axının nümayəndəsidir.
Əlaqə
E-mail:
mohsenmirvalishli16@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.029 saniye