Sevişmək və seks... Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun.
Əslində, oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur.
Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın
qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır.
Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə içərən hərəkətdir. Sevişmək rəqsdir,
bir - birinə uyum sağlamağa cəhd edən iki vücudun rəqsidir. Partnyorun nəfəsini duymaq, qəlb atışlarının tezliyindən xəbərdar olmaqdır, iki vücuddan çıxıb birləşən bir ruhdur. İnsan ruhunun duyumudur sevişmək. Bir-birinə toxunan əlin kimə aid olduğunun unudulduğu andır, təpədən dırnağa bir insanda birləşməkdir.
Hisslərin pik nöqtəsinin sevişmədən keçid alınan forması seksdir. Seks bir amaclıdır, piki yaşamaq, zirvəyə varıb dayanmaq...
Seks sevişmənin ərsəyə gətirdiyi bir andır ki, ereksiya formasını almış kişi penisinin qadının daxilinə qəbul etməyə hazır vaginanın birləşimindən yaranır və həzz verən bir əsrarəngiz duyğu ilə sonlanır. Seks artıq yaşanmış sevişmədən bütünlüyü ilə oyanan bədənin zirvəni fəth etmək istəyidir. Canın canda olduğu andır, insan ruhunun birləşib bütöv olaraq təzahürünün bitdiyində yenidən ayrılması ilə nəticələnən bir yaşamdır.
Eyni zamanda sevişmə ilə seks ard-arda yaşanan proses olsa da,
vəhdətliyi qırılmayan şəkildə davam etməlidir, əks təqdirdə çox sıxıcı və quru yaxınlıq olar. Sevişmənin sonucu ilə seksə keçilsə də, seksin başlaması ilə sevişmə yenə davam etməlidir. Sekslə yanaşı eyni anda öpüşmə, toxunma, nəvaziş dayandırılmamalıdır. Kişilərin diqqət etmədiyi, qadınların isə tam diqqətində olan nüans budur.
Birdə sevgi sözcükləri var, mən deyərdim ki, heç bir istəyi
olmayan qadını belə bu sevgi sözləri ilə ram etmək olar. Bu sözlər bütün sevişmə saatı boyunca itirilməməlidir, çünki söz beyinə ötürülən siqnaldır və bir başa hisslərə təsir edir. Qadını bu gözəl sözlərlə kişi daha da həvəsləndirməlidir. Sevgiylə qulağa pıçıldanan bir kəliməyə heç bir qadın qarşı qoya bilməz.
Və əlaqənin sonunda əsas bir məqam cinsi akt sonlandırıldıqdan sonra partnyorların ayrılıqda yuxuya getməsidir. Son kimi görünsə də münasibət üçün ən mühüm amillərdən biridir. Bir az əvvəl göstərilən qayğını, nəvazişi qadın bu anda daha çox arzulayar. Kişisinin ona sarılıb, saçlarını qoxulayıb yuxuya getməsi qadını xoşbəxt edər. Bu nüanslara əməl edərək yaşanan birlikdəlik həmişə arzuolunan mutluluq saçar...
Sevgiylə qalın...
Müəllif: Aysel Abdullazadə