Biri ilə sevgili olduğun zaman məsələ onu sevməklə qutarmamalıdır. sevmək çox asandır əslində..sevdiyini demək daha asan.. birini sevdiyin zaman həyatını həsr etməlisən ona. dəli kimi sevməlisən.yağışın altında əl-ələ tutub qaçacaq qədər.uşaq kimi hər an dalaşıb hər an barışacaq qədər.gözlərin baxmalısan sevdiyinin.elə baxmalısan ki, nə doya biləsən nə baxmağa qıya biləsən.başını çiyninə qoyub ağlaya biləcək qədər.heçnəyi ondan gizlətməyəcək qədər güvənməlisən ona.o qədər güvənməlisən ki,keçmişi ilə bağlı sual verməməlisən."gedirəm" deyəndə "haraya", "niyə", "nə vaxt" kimi suallar verməməlisən. "gözlə 5 dəq birlikdə gedək" deməlisən sevgilinə.hər gün sürpriz eləməlisən.uşaq kimi davranmalısan.qayğı göstərməlisən.ciddi, 'əkə kişi' olmayacaqsan sevdiyinin yanında.sərsəmləyəcəksən onunla danışarkən.sevdirəcəksən özünü sevgilinə.sabahı ümüdlə gözlətməlisən sevgilinə bezdirərək yox. və sonra sən getmək istəyərkən buraxmayacaq qədər sevəcək o da səni..sən sevdirəcəksən özünü