Sevrika
Xuraman tərəfindən "Digər yazılar" bolməsinə 01:47 20 iyul 2015 tarixində əlavə olunmuşdur

Səhər açılır, günəş yatağında o yan- bu yana fırlanır. Gözlərini aça bilmir, buludlar qapayır onu... Amma günəş onları hey incidir. O nə qədər günəş olsa da, bəzən buludları ağladır. O nə qədər utancaq olsa da, bəzən ucsuz-bucaqsız səmaları elə işıqlandırır ki, yatmış hislər oyanır. Sən də oyananda dənizin üzərindəki rəqsini görüb xeyli baxırsan. Nə edəsən, sevgidimi, müharibədi mi, ya da... sadəcə təbiət hadisəsidir mi, bilmirik. Hər şeyə möcüzəvi don geyindirib onları daha əlçatmaz edirik. Sanki bu günlər kor insanların ən çox Tanrıdan məhrum olduqları gün kimi yadda qalır. Bilirəm, yazığınız gəlir, qulağınızı da çəkirsiniz. Amma heç onları bu uçurumdan çəkmək istəməmisiniz. Nə qəribə. Şairlər sevgililərinin dodaqları, boynu, əlləri... Rəssamlar şairlərin təsvir etmədikləri bölgələr haqqında təfərrüatlı görüntü yaradırlar. Musiqiçilər də... sevirlər işlərini. Hə, doğrudan da indi hamı öz işini sevir. Amma günəş sevmir.. Bilirsən niyə? Çünki o həmişə eyni işi görür. Amma bəzən də xoşbəxtdir, çünki gör nə qədər planet və ulduz onun ətrafında fırlanır. Yenə də sevmir... Bir mahnı var, deyir ki, korlar ölkəsində kimə lazım rəssam?
Gəlin bu dəfə də başqa cür düşünək. Tapdım, tapdım..
ooo.. sevrika sevrika...
Yum gözlərini, gözünün önünə ən sevdiyin insanı gətir. Bir də ən nifrət etdiyin. Nifrəti əvəzlə. Mərhəmətlə, səmimiyyətlə..
Çıx vannadan, qaç , çılpaqlığınla layiq olanlar görsün ruhunu, günəşi.
Sevrika.. sevrika...

Unutma.. sadəcə bəzən utan günəşdən. Axı o da hər gün görmək istəməz üzüağlar sizləri..


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+6=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0251 saniye