Səyahətdən uzağa
Xanım Əliyeva tərəfindən "" bolməsinə 17:56 17 fevral 2014 tarixində əlavə olunmuşdur

Mənim əzizim, mən əminəm ki, yenidən dəli oluram. Mən hiss edirəm ki, biz bunları yenidən yaşaya bilməyəcəyik. Və bu səfər mən sağalmayacağam. Mən səslər eşitməyə başlayıram. Mən diqqətimi cəmləyə bilmirəm. Buna görə də mən yeganə doğru qərarı qəbul etmişəm və mənim üçün düzgün olanı edirəm. Sən mənim üçün arzuladığım hər şey idin. Düşünmürəm ki, iki insan bu xəstəlik gəlməyənə kimi bizim xoşbəxt olduğumuz qədər xoşbəxt ola bilərdilərdi. Mən daha mübarizə aparmaq gücündə deyiləm. Mən bilirəm ki, həyatını korlayıram, bilirəm ki, mənsiz işləyə bilərdin. Və sən bacaraqsan, mən əminəm. Görürsən, mən hətta lazımı sözlər tapa bilmirəm. Mən oxuya bilmirəm. Mən sadəcə istəyirəm ki, sən biləsən - həyatımdakı bütün xoşbəxtliklərə görə sənə borcluyam. Sən mənimlə sonsuz dərəcədə səbrli və inanılmaz dərəcədə mərhəmətli idin. Bütün bunları mən bilirəm. Əgər məni kimsə də xilas edə bilsəydi, bu sən olardın. Hər şey məni tərk etdi, sənin mərhəmətindən savayı. Mən sadəcə daha sənin həyatını korlaya bilmərəm. Mən düşünmürəm ki, bu dünyada kimsə bizdən daha xoşbəxt ola bilərdi.

 

Hesab edərek ki, daha Leonardoya əzab verə bilməz və onsuz Leonardoya daha yaxşı olacaq, Virciniya Vulf məktubu əri və bacısı üçün qoyub, 28 mart 1941-ci ildə paltosun geyinib, ciblərini daşlarla dolduraraq, Susseksdə evinin yaxınlığındakı Ouz çayında özünü boğub. Meyidi 2 həftə sonra, 18 aprel 1941-ci ildə uşaqlar tapıb. Yazıçının əri onun kremiratsiya olunmuş qaliqlarını Susseksdəki evininin bağındakı qarağac altında basdırıb.

Rus dilindən tərcümə: Əliyeva Xanım


... dəfə oxunub
Qiymət: 10/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
10+14=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0378 saniye