Seymur - Qəribə
Seymur Su tərəfindən "Şeir" bolməsinə 14:32 04 yanvar 2016 tarixində əlavə olunmuşdur

Adamın köynəyi tütün, saqqalı şərab ətri verməlidi. 
Tər, iztirab, ölüm saçmalıdı yer üzünə. 
Gözləri qoxumalıdı yuxu
dodaqları şer, otaqları kül.. 
Bürüməlidi şkafları toz, 
dəmir dabankeşləri pas, boşqablarına qədər yağ.
mitinq düşərgəsinə çevrilməlidi çirklənmiş otaq.. 
Saçlarına qədər kir, kirpiklərinə qədər yaş. 
Gözlərinin dibinədək yol, 
ürəyinin dərinliyinədək kədər, 
sümüklərinin içinə qədər duz,
dili sözsüz, səssiz,
boğazı susuz..


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+28=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.048 saniye