Şadlıq sarayı tikəcəklərmiş:Gülnarə İsrafilqızı
gulnare israfilqizi tərəfindən "Esse" bolməsinə 10:25 02 noyabr 2014 tarixində əlavə olunmuşdur

Yolun bir başından mən çıxırdım,
O biri başından sən.
Görüşə tələsən addımlarımız utanırdılar.
bir addımlıqda...
Su çalası girirdi araya.
Baxışlarımız pıçıldaşırdılar.
Eyni binada yaşayırdı arzularımız.
Binanın üst mərtəbəsində mən,
Alt mətdəbəsində sən.
Hər gün qapıya gəlib
Gözdən itincə yola salardın,
Ayaq taqqıltımı.
Günəşin rəngi solunca,
Gecə işıqlanınca,
Yollardan adamlar çəkilincə,
Yolumu gözləyirdin.
yollar uzandıqca,
Səbrin qısalırdı.
Mən dönüncə ulduzlar doğurdu gözlərində,
Səhərin açılmasını gözləyirdim.
Sənə çox alışmışdım.
İndi sənsizliyə alışmışam.
Nə o gecələrin uzunluğu var.
Nədə addımladığımız yollar.
Yol həmin yol deyil,
Heç insanlar da...
Hər şey başqalşıb,
Adiləşib.
Yollar çirkin, bitgin.
Biz daha qarşılaşmırıq,
Arzularımızı, xatirələrimizi yıxıblar.
Yerindən,
Şadlıq sayarayı tikəcəklərmiş.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+27=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0314 saniye