Şahmat oyunum
Muzafferus tərəfindən "Esse" bolməsinə 10:01 17 iyul 2017 tarixində əlavə olunmuşdur

Sərin… Küləkli hava… Qarşımda özümə bənzətdiyim tənha dəniz… Suyun səsi… Qayalıqlara çırpılan dalğalar… Səssizcə yaxınlaşdım… Qayalıqda idim, tək. Ətrafım sadəcə qayalıq. Aşağı isə dəniz idi. Səssizlik… Buna tənhalıq deməzdim… Mən və dəniz…

Dəniz… O da yalnızimiş mənim kimi… Başını qatmaq üçün özünə bu oyunu qurubmuş – dalğaları… Həyat… Bu oyunu əslində biz oynamışıqmış… Həyat oyununda oyunçu olaraq… Qalibiyyət, ya da məğlubiyyət… Tək səhvimiz anlamamaq imiş: oyun bitdikdə şah da, piyada da eyni qutuya qoyulur…

Dənizdən gələn sərin külək üzümə çırpıldıqda xəyallardan ayrıldım… Dərindən nəfəs aldım… Dənizi, küləyi hiss etdim… Baxdım. İrəliyə baxdım… Görmə bucağımın daxilindəki, uzaqlardakı, dənizlə göyün birləşdiyi yerə baxdım… Bəzən mümkünsüz olan şeylər mümkün olarmış… İnanmırdım… Amma sonuncu dəfə, sonuncu dəfə heç gözləmədiyim bir qələbə bunu mənə inandırdı… Qələbəyə heç bir ümidim, inamım yox idi. Və “məğlub olacam” düşüncəsilə, ümidsizliklə, inamsızlıqla başladığım düşündüyüm kimi də məğlub oldum… Amma bir şey heç ummadığım kimi oldu Nəticə… Özümə inanmırdım, qalibiyyətə inanmırdım… Amma nəticə heç gözləmədiyim kimi oldu… Biraz əvvəl düşündüyüm kimi: ŞAHLA PİYADA eyni qutuya qoyuldu…

Və bunlar bir debat sonrası hisslərimdi… Məğlub olduq və turu keçə bilmədik… Amma turu keçə bilənlərlə heç bir fərqimiz yoxdu… Ümumi debatda belədiki: məğlub yoxdu! HƏR KƏS QALİBDİR… Karl Popper belə deyib: “Mən haqlı ola bilərəm, sən də haqlı ola bilərsən, amma biz bir yerdə daha da HAQLIYIQ!”…


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+8=
Hesaba giriş
Müəllif

Muzafferus
Haqqında
"Şizofrenik Saturn" və "Nar dənələri" kitablarının müəllifi.
Əlaqə
E-mail:
muzefferpasazade@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0314 saniye