Şahmat
Çinarə Əlişli tərəfindən "Hekayə" bolməsinə 16:45 23 mart 2019 tarixində əlavə olunmuşdur

                                                               Şahmat

-Hər şey qaydasındadır. Əvvəl olduğu kimi…

-Çalışacam ki, piyadanın xilaskarı mən olum.-Deyə yanaqları göyə qalxdı...

                                                             Bir neçə müddət əvvəl

                Buludlar tərpənməz, səni səsləyir, sərxoş edirdilər. Lakin izdihamın hər nəfəsi, pıçıldaşmaları, ürək döyüntüsü, orqanların tərpənişi bu səsi eşidilməz edirdi. Təyyarənin kondisioneriburnunu buza çevirmişdi. İrəlidəki dişlərin böyük olması dodaqların forması ilə uyğun gəlirdi. Bəzisi kimi  eybəcər deyildi. Pəncərədə süzülən ağ məkana gözünü dikmişdi. 

-Nə əcəb səni İsveçrə (***) birliyi görüşə çağırıb. - Gözünü jurnaldan çəkməyən qadın dedi. 

-Bilmirəm, amma çox özdə çox həyəcanlıyam. Rahat otura bilmirəm. 

-Uzan yat. 

-Bacarmıram. 

-Bilməzdim ki, təyyarədən belə qorxursan. 

Pəncərəyə baxan qadın güldü: 

-Təyyarənin bura nə dəxlisi. Məni görüşə bir təşkilatın baş üzvü çağırıb. Belə bil uğur… 

-Səni anlamaq heç olmur. Sən gərək sevinəsən ki, səni öz yanına çağırıb. Hər kəslə belə möcüzə baş vermir. Bəlkə kitabını elə bəyənib ki, səninlə şəxsi görüş hazırlayıb. 

     Kim isə saqqızı elə sərt şəkildə çeynəyirdi ki, əsəblərə toxunurdu. Ağ diş onu sıxır, ondan şirə ağız boşluğunda yığılıb, ağız suyu ilə qarışır. Su udlaqdan sürüşür və aşağı doğru enirdi. Mədəyə gəlib çatdı. Sanki, qeyri-adi bir işarənin sayəsində divandan nə isə fısqırmağa başladı. Turşu mədənin digər tərəflərinə dəyib onu əritməyə cəhd göstərirdi. Yandırır, sanki, kağız kimi nazik və zəif olan küncləri parça-parça edirdi.

                Jurnalı tutan qadın əlini uzadıb, qarnına toxundu.

-Nəsə olub, xala?

-Yox, narahat olma, sadəcə sancır.

-Hə, yaxşı, sən dedin onun evi? Bilməzdim ki, İsveçrədə yaşayır. 

-Yaxşı, bəlkədə evi yox, amma nə fərqi.- Onlar baxışdılar. Pəncərə tərəfdə oturan qadının üzü günəşin şüalarından da parlaq bir təbəssümlə saçdı. 

-Həqiqətən, bu görüşə görə sənin təsəvvür etmədiyin qədər xoşbəxtəm. Bəlkədə hər şey sən dediyin kimi olacaq: O, mənimlə, məhz kitaba görə görüşü təşkil edib. Bu çox gözəl olardı, "Məşhur alimin bəyəndiyi müəllif" ilk məqalə. İsveçrənin Sürix şəhərində.- Deyə əllərini iri açdı. 

-Yaxşı indi isə rahatlan. Görüşə hələ xeyli vaxt var.

              Təyyarə hava axınını, buludları yarıb, yerə doğru enirdi.

-Tomris, Tomris.-Deyə pıçıldadı. Enli, böyük gözlər açıldı.-Artıq enirik. Hazırlaş.

-Saat neçədir?

-Beşə qalıb. Mənim çantamı görməmisən ki?

Qəflətən Tomiris əlləri ilə qulaqlarını sıxdı.

-Bu nədir?-Deyə qışqırdı.

-Sakitləş! Enəndə belə olur.

-Bu dözülməzdi. Sədəcə dözmürəm. Çox ağrıdır.

Daxilən hər şey incitdi, burun tutuldu, gözlər şişdi, beyin özünü idərəni itirdi. Baş gicələnməsi başladı. Tomris vəhşi tərzdə başını ora bura fırladıb, bu əcaib ağrıya son qoymaq istəyirdi. Ağzını açan kimi qulağın hər kiçik hissəsi ona iztirabı bağışlayırdı. O, izdihamı unudub, özünün bu ağrıdan tərk etmək istəyirdi. Sanki zaman dayanmışdı və ondan başqa hər kəs donmuş halda idi. Ətrafındaki hər kəsi itirirdi. İztirab onu yayındırır, düşüncələrindən azad edirdi. Damarlar sanki qollarında tünd, silinməz, göy rəngli yol çəkdilər. O, fasiləsiz başını ora-bura tərpədir, inildiyirdi. Səsini yavaş-yavaş qaldırırdı. Ona kim isə toxundu, lakin Tomris etiraz etmiş kimi, pəncərəyə tərəf özünü sıxdı. Əllər qulaqları yetərincə başına doğru basmışdı. Burundan nəfəs almaq daha da çətinləşir və bütün variantlar bitir:

-Aaaa…Bu nədi…Qurtar.-Deyə başını bir, iki dəfə pəncərəyə vurdu.-Artıq gözə bilmirəm. Bitmir…Bitmir…

Alqış səsi eşidildi.

                                                                     

                                                                          Adı və soyadı

-Taksi çağırmışam.-Narahatçılıqla ona baxdı.-Hər şey yaxşıdır?

Tomris əlindəki su ilə dolmuş plastik qabı sıxdı.

-Bu dəhşəti son dəfə 12 yaşım olanda hiss etmişəm. Yenə tutdu.

-Bu adi bir haldır. Təyyarə enəndə hamı bununla qarşılaşır. Gəl!

                Günəşin şəfəqindən daha parlaq, göz qamaşdıran sarı taksinin qapıları açıldı. Sürücü qadının əlindən çantanı götürdü. Avtomobillə oturan kimi arxa güzgüdən baxıb, yenə nə isə dedi. Axır ki, sürücüyə güvənərək yola düşdülər. Külək sərin və soyuq idi. Oktyabır özünü göstərmək üçün bütün qüvvətini verirdi. Tomris pəncərəni örtdü və günəşin nazik, üfüq boyunca yaydığı rəngləri seyr etməyə başladı. Sanki tarixin bir parçası gözünün qabağına gəlirdi. Kiçik, incə fırça ilə çəkilmiş binalar. Damları müxtəlif, yüngül-vari rənglərlə boyanmış şən xatirələri bağışlayırdı. Baxdıqca göz doymur. Budur rəssam kağıza və bu şəhərə yeni bir camal qatır. İri və uzun, insanların gəzişdiyi, oturub, təmiz hava ilə nəfəs aldığı, şəffaf, səmanın rəngini mənimsəyən bir gölə boylandıqları körpü göründü. Onun üzərində kiçik, qədim vaxtlara xas bir fikirlə düzəlmiş binalar və yaşıllıq var idi. Pəncərələr gözəl bir dizayna məxsus idi. Bəzisi adi bəzəklə, bəzisinin isə şüşələri rəngli naxışla yazılmışdı. Tomrisin xatirəsində bu, bir növ kilsələrdə əks olunmuş “vetraj” şüşələri yada salırdı. Onların üzəri rəssamın dilədiyi qisimdə idi. Fırça döşəmənin üzərində boz dəmiryolu çəkdi. Qatar yerin altında deyil, onun üzərində idi. Sürətlə gözlərin qabağından keçdi. Tünd bəbəklər işıqlandı. Orada gözünü ona dikmiş uşaqlar, ağ rəngdə nur, telefonların müxtəlif parlaq ekranları əks olundu. Tomris rəfiqənin sürücü ilə qəribə söhbətini qulaqardına vermişdi. Onun fikri rəssamın yaratdığı əsərdə idi. Budur kuliminasiya nöqtəsinə çatdı. Fırça qırmızı rəngin üzəri ilə süzüldü. Sonra isə binanın üzərində dalğalanan kiçik hissəni rənglədi. Son hissədə ağ rəng artıq fırçanın üzərində titrəyirdi. Binaların üstündə qırmızı boya ilə rənglənmiş bu hissənin üzərinə ağ üstəgəl çəkdi. İsveçrə bayrağı tam müstəqil şəkildə dalğalandı.

            Maşının dayanmasından onun təsəvvürləridə dağılır.

-Leyli xala biz hara gəldik?

-Hotelə. Mən şəxsən İsveçrə mətbəxinin dadına baxmaq diləyindəyəm.

-Necə? Bəs çantalar.

İki nəfər avtomobilə yaxınlaşıb, Tomrisin əlindəki yükü aldılar.

       Bütün işləri gördükdən sonra restorana daxil oldular. Burun nahiyyəsi vəhşi tək bütün qoxuları çəkirdi. Hər kəsin müxtəlif dillərdə söhbəti, qablara dəyən çəngəllər, hər bir masaya xidmət edən ofisantların tez tələsik qaçışı, çox rahat bir dizaynla bəzədilmiş restoran göz qabağında canlandı. Forma geyinmiş  hündür boylu oğlan yaxınlaşdı. Leyli cəld çevrilib cavab verdi:

-Please, in english. -Deyə Leyli gülümsədi.

Söhbətin gedişi ilə Tomrisin restoran üzrə səyahəti davam edirdi. O ətrafa baxıb, görüşü səbirsizliklə gözləyirdi.

-Təşəkkür edirəm xala. Sən olmasaydın mən nə edərdim,-deyə stol axrasına əyləşdi. Onlar hər ikisi gülüşdülər. Sonra Tomris bir hadisəni xatırlayıb soruşdu:

-Həqiqətən sənin işlərin onunla necədir? -Kinayəli gülüş üzündə işıqlandı.

-Heç, həmişəki kimi! -Yanaqları endi.

-Necə həmişəki kimi?

-Səninlə bura gəlməyə imkan vermirdi.

-Bu adi bir haldır.

-Xeyir mənim xoşuma gəlmir. Nə ola bilər ki, mənimlə?

-Xala o sadəcə hər bir kişi kimi sənin onun yanında olmağını istəyir. O, darıxır.

-Darıxsaydı daha çox görüş təşkil edərdi. Dostları ilə görüşü daha çox olur. -Onun üzündə hirs yarandı.

-Bəlkə…

-Nə bəlkə? Biz onunla bu gün dalaşmışıq.

-Niyə axı? – Səsində narahatçılıq hiss olundu.- Bura gəlməyini qadağa qoyduğu üçün?

-Yox, yalnız buna görə deyil, hər şey. Bax bu gün o, mənə bir dəfə də zəng vurmadı. Bəlkə təyyarə yaxşı enməyib, bəlkə mən artıq ölüyəm. Görürsən mən ona lazım deyiləm.

-Elə demə...O, səni çox sevir. Mən ilk dəfə belə bir sevgi ilə rastlaşmışam. Siz xoşbəxt...

Telefon zəngi sözünü kəsdi.

-Xala sənin telefonundu.

Leyli telefonu ovcuna aldı. Ora diqqətlə baxdı. Sonra sifəti qırmızı rəngə çaldı.

-O, zəng vurub. Götürüm?-Deyə narahatçılıqla üzünü turşutdu.

-Necədə mənasız bir sualdı. Götür!

-Alo.

Digər tərəfdən qalın bir səs eşidildi.

                Axşam yeməyi stolun üzərinə qoyuldu. Qoxusu burun nahiyyəsinə çatanda insanı sevincdən, ləzzətdən dəhşətə gətirirdi. Görünüşü isə cəzbedici idi. Tomris ilə üz-üzə oturmuş qızın yanaqları qızarmış.

-Nəsə olub?-Deyə Tomris gülümsündü.

-Onun telefonu suyun içinə düşüb, xarab oldu. Məndən az qala yüz dəfə üzr istəyirdi. Darıxmışdı, narahat idi. Sonra telefonla problemlər çıxdı. Ona görə belə uzun çəkmişdi.-Onun sifəti ulduz tək parlayırdı.

-Dedim axı o səni unudmaz. Özdə heç vaxt!

                Qara kostyumda kişi onlara sarı yaxınlaşdı. Qızlar meyilsiz şəkində başlarını qaldırıb bu cidd, iri bədənli kişini başdan ayağa süzdülər:

-Üzr istəyirəm sizi narahat etdiyim üçün.

Onun gözəl, hətta nöqsansız bir ləhcəsi var idi.

-Sizdən hansınız Leylidir?

Tomris təccüblü gözlərini Leyliyə sarı döndərdi.

-Bu mənəm.

-Demək yazıçı sizsiniz?

-Xeyir sizin aradığınız şəxs odur.-Deyə qolunu qaldırıb, qarşısındakını göstərdi.

-Hə, onda gəlin mən hər şeyi deyim. Mən...

-Bir dəqiqə burda nə baş verir? Leyli xala sən onu haradan tanıyırsan.

-Mən özümü təqdim edən kimi siz hər şeyi anlayacaqsınız. Həmin birliyin daxilində olan alimin “sağ əliyəm”. Və sizi onun evinə buyurmaq üçün, yəni görüşə aparacam. Mənə güvənmək üçün bunu göstərə bilərəm.-Onun sol əli sinəsindəki cibin içinə daxil oldu.-Bu mənim sənətimdir. Özünüzdə baxa bilərsiniz. Bu onun öz imzasıdır.

Kişi əyilib Tomrisə əlindəki kağızı verdi. Orada lazım olan hər şey yazılmışdı. Sonda iri imza və möhür vurulmuşdu. Daha çox Tomrisi təşvişə gətirən isə adı və soyadı idi. O, gözlərini kağızdan çəkmirdi:

-Bağışlayın...-Deyə cəld kişiyə baxdı.-Olar ki, siz bizi bir anlıq tək qoyasınız. Sonra biz hər şeyi həll edərik.

-Hə əlbəttə.-O, arxaya çəkilib, onlardan uzaqlaşdı.

-Hə, yaxşı, mən sənə heç nə demədim. Çünki bilirdim ki, sən narahat olacaqsan...-Leyli əl-qola hərəkət edib, başa salmağa çalışdı.

-Bundan söhbət getmir. Onun adını gördün.-Deyə səsini qaldırdı.

-Kimin?

Tomris kağızı ona uzatdı:

-Mənim bir neçə dəqiqədən sonra görüşəcəyin oğlanın adı.

-Hə, nədi ki?-Deyə gözünü kağızda gəzdirdi.

-Sən axı bilirsən, mən həyatım boyu yalnız bir nəfərdən sevinc hislərini duymuşdum. Buda 15 yaşımda baş verib. Kağızın üzərində yazılmış bu şəxsə qarşı hisslər yaranmışdı.

-Həqiqətən. Bu odur?-Onun təəccübünü görmək çətin olmadı.

-Bəli odu. Mən...mən indi nə edim.

-Sənin sevdiyin bu şəxs indi dünyalarda şöhrət qazanmış alimdir.

-Hə 16 yaşında da mənə bunu deyirdi. İstədiyinə nail oldu. Lakin bu indi məni maraqlandırmır. Axı nə edim.-Deyə dirsəyini stolun üstünə qoyub, əlləri ilə gözünü örtü.

-Bu ki, andındı. Onu hələ də sevirsən də onda...

-Xeyir onu sevmirəm, heç vaxtda bu baş verməz.-Səsi qalınlaşdı.

-Nədən?

-Sənin yadından çıxıb? Mənim faciəli günlərim sənin xatirələrində necə qalmayım?

-Qısaca danış.

-16 yaşında İsveşrədə  təhsil almağa yollandı. Oranın ən gözəl universitetinə qabul olmuşdu Mənə dedi ki, mənimlə həmişə əlaqədə olacaq.

-Sən axı onunla sevgili deyildin hə?

-Bəli deyildim.-Dərindən köks ötürdü.- Biz bir-birimizə heç nə etiraf etməmişdik. Sadəcə həmişə aramsız söhbətlərimiz...O, xaricə gedən kimi hər şey dəyişdi.

-Nə oldu?

-O...Məni...Unutdu...-Qəzəbin gücü avazdan sezilirdi.-Deyəsən, məndən daha üstün qızları tapıb.

-Hər şey aydındı. Oğlanlara məxsus hərəkət.

-Amma mən ona inanmışdım, heç kəsə danışmadığım hər sirri ona deyirdim. Hər gün mənim əhvali-ruhiyyəmi məhz o qaldırırdı.- Deyə başını aşağı saldı.-Amma indi mən onun sayəsində dəyişdim.

-Tomris bu çox ağır və çətin bir vaxt idi. Sadəcə 15 yaşlı qızın sevgisi hansı ki...

-Yalnız sevgi deyil, həmin qızın həyatındaki yeni səhfə idi. Hansını ki, o cırıb, əzdi.

Ölü sükut onların arasını aldı. Leyli ağır-ağır Tomrisin parlaq gözlərinə baxırdı.

-Bu oğlan sənin göz yaşlarına layiq deyil. Heç layiq deyil.  

 

                                                                           Xatırlama.  

-Necə görsənirəm?

Ağ ətəyin üzərində ala-qırmızı kiçik çiçəklər səpələnmişdi və tünd qırmızı rəngi xatırlayan kofta onun bədənini daha yığcam və incə görsədirdi. Rəssam sanki, qırmızı rəngə verən məhəbbətini orada əks etdirmişdi.

-Sən əladan da gözəlsən.-Deyə yataqda oturan Leyli onu başdan ayağa izlədi.

-Hə təşəkkür edirəm. Amma unutma mən bunu onun üçün etmirəm.

-Hə...Hə bilirəm.-Deyə qəh-qəh çəkdi.

-Bəsti, həqiqətən.

-Yaxşı, mən sadəcə zarafat etdim. Sən çox həyəcanlısan.-Deyə onun yanına yaxınlaşdı.-Bu sadəcə adi görüşdü. Özünü elə apar ki, sanki onu tanımırsan, xatırlamırsan. Ondan qat-qat güclü olduğunu görsəd. Bax onda o sənin həqiqətən necə dəyişdiyini biləcək.

-Axı...

-Axı yoxdu. Əgər öz bildiyin kimi etsən özünü daha da quyunun içinə salacaqsan.

-Özüm kimi olacam.

                Günəş, əsrarangiz şəhərdən uzaqlaşmağa başladı. Daha da öz mövqeyini itirdi. Tünd göy rəng su kimi hər yerə yayıldı. İsveçrə kiçik lampalarla bəzədildi. Tomris barmağlarını bir-birinə burub, avtomobildə oturmuşdu. Qəflətən maşın əyləci basıldı.

-Biz artıq çatdıq?-Səsi tamamilə qorxmuş və həyəcanlı idi.

-Bəli çıxa bilərsiniz.

                Bu iri bina daha çox yüksək səviyyədə olan hotelləri xatırladırdı. O iri bədənli kişi ilə ora daxil oldu. Bir nəfər yaxınlaşıb, öz dilində danışdı. Həmin iri bədənli kişi Tomrisi öz danışıq tərzi ilə təəccübləndirdi.

-Siz buranında dilini bilirsiniz,-deyə liftə daxil olan kimi dilləndi.

- Bəli!Vaxtında öyrənmişdim. Sizə nə olub, özünüzü pis hiss edirsiniz?

-Yox...Yox hər şey yaxşıdı. Niyə elə fikirləşdiniz?

-Çox həyəcanlı olduğunuz üçün.

-Təbii ki, həyəcanlı olacam,-deyə gülümsündü,-məni heç vaxt görüşə çağırmayıblar.

-Sizin bəxtiniz gətirib ki, mənim sahibim sizi öz yanına çağırdı. Çünki o sizi görmək üçün düz 2 həftə əziyyət çəkib.

Tomris qəzəbli şəkildə güldü:

-Çox maraqlıdı. Niyə o məni belə dəlicəsinə görmək istəyir?

-Dəqiq yadımdadır ki,...-deyə gülümsünüb, düşündürücü tərz aldı,-mən onun yanına gəlmişdim...O, böyük otaqda kresloda oturub, əlində kitab tutmuşdu. Düşündüm, yenə sırf elmə aid yeni kəşflər haqda oxuyur. Sadəcə dəqiqləşdirmək üçün soruşdum, tanıdığım bir kitab olar. Halbuki, elm haqda heç bir şey oxumamışam. Lakin birdən gözləmədiyim bir cavab eşitdim. O, dedi ki, “Əqidənin daxili” adında bir əsəri oxuyur, həm də qeyd etdi ki, bədii kitabdır. Kitabın artıq axrına çatıb. Özüdə vurğuladı ki, bu gün başlayıb, qurtaracaq. Sonra mən bir daha maraqlandım, müəllifi kimdir? Qısaca “bilmirəm”, cavab verdi. 

         Tomris heyrətlə, qulaqlarını açıb onu dinləyirdi. Elm xadimi yazıçıının bilməmiş, öz diləyi ilə kitabı aramsız şəkildə oxuyub bitirdi. Onu təşvişə gətirən xəyallarından ayrılıb, bu sahibin sadiq dostunu qulağasmağa davam etdi.

-Sonu daha maraqlıdır. Mən öz dostumu daha çox qəmqin hallarda görürdüm, nəyin ki, sevinmiş. Yəni demək istəmirəm ki, xoşbəxt deyil. Xeyir, insanlara qarşı həmişə yumuşaq, onları başa düşən biridir.

                Tomris başını silkələdi. Onun nədən danışdıqlarının şahidi olub. Lakin indi hər şey  bitdi, yenidən qayıda bilməz.

-Amma həmin gecə biz axşam yeməyinə yığışmışdıq. Hətta bəzi qonaqlarımızda var idi.

                Tomrisin qəlbində illər əvvəl sevdiyi oğlana qoyulan sərhəd ya qırılmağa, ya da geriyə çəkilməyə başlayırdı. Daxildə bununla mübarizə aparmağa başlayır. Özünü inandırırdı ki, oğlanların diləyi eynidir: Qızı sadəcə zahiri görünüşə görə sevib, bezdikdə isə digər qızla ünsüyyət qurmaq. Bu adi bir göstərişdi.

-Hə mən nə deyirdim. Deməli biz hamımız söhbət edirdik. Birdən söz düşdü kitablardan. Elə mənim sahibim sizin kitabınızı durub hər kəsə təqdim etmək istəyirdi. Kitabı əlinə götürən kimi sanki qəribə hətta dəhşətli bir şey gördü. O, kitabın arxasına göz qırpmadan baxırdı.

-Sonra nə oldu?

-Heç nə kitabın və daha vacib onu yazıb-yaradanın adını həyəcanla dedi.

-Axır ki, kim tərəfindən yazıldığını anladı.-Deyə yanaqları xoşbəxt insan tək göyə qalxdı.   

-Bəli və bu hadisədən sonra sizin ilə görüş təşkil etdi. Amma bilirsiniz o biraz...

-Nə?

-O, çox əsəbi insandır, lakin axır vaxtları lap xəddini aşırdı. Amma inanmıram ki, sizi incidər.

-Necə yəni xəddini aşıb?

-Hər şeyi sındırır, dağıdır. Axı niyə mən sizə bunu deyirəm? Başa düşürsünüz mənim ağzım dinc dura bilmir.

-Siz narahat olmayın, bu bizim aramızda qalacaq. Yəni demək istəyirsiniz ki, o mənə pis bir söz deyər.

-Xeyir, əslində onun qadınlara hörməti var. Sizə isə daha parlaq və seçilən hörmət,-deyə ağzını tutdu,-deyəsən, çox danışdım.

Tomris liftdəki güzgüyə baxıb, gülümsədi. Deyəli, lazım olan canlı tələyə düşüb. İndi Tomrisin onunla oynamağa növbəsi çatdı.

                Qapının qırağında duran düymə basıldı. Qızın həyəcanı dolurdu. Qapıya yaxınlaşan addımlar tərpənməz oldu. Artıq bu an, bu dəqiqələr yaxınlaşır. İllərlə görmədiyi insan qabağında duracaqdı. O, gərəközünü daha təmkinli aparsın və keçmişdə etdiyi səhvi bir daha qaytarmamalıdır. Qapı çox ehtiyyatla açıldı.

-Hə, gəlin sizi Nura xanım ilə tanış edim.

Qapını açan qoca qadın idi. Ona heç 60 vermək düzgün olmaz. Qırışları üzünü örtmüş, göy damarları xaricə çıxıb görünürdü. Lakin onun təbəssümü olduğu kimi səmimi və məlahətli idi. Tünd yaşıl gözlərindəki qayğı heç kəslə müqayisə edilə bilməzdi.

-Tanış olmağa çox şadam.-Deyə Tomris qarşılıqda gülümsünüb.

-Elə məndə. Sizi neçə gündü gözləyirdik. İçəri keçə bilərsiniz.- Qadının səsi həm incə, həm də çox təmkinli eşidildi.

Anbaan hər şey Tomrisin qəlbində daralıb, sıxılırdı. Bu sıxıntı sayəsində onun nəfəsi kəsilir, başı fırlanırdı. Əlini uzadıb, iri pəncək və paltoların asıldığı şkafdan tutdu.

-Sizi gördükdə sevindim. Ayaqqablarınızı burada çıxarın.

-Həqiqətən məni görməyə şadsınız?

-Bəli, bəli...

Qadının üzündəki təbəssüm yanaqların nə qədər nazik və yaşlanmış olduğunu büruzə verirdi. Tomris ayaqqablarını çıxardı. Çantasını isə mehriban qadın əlindən aldı.

-Nura...-Deyə yan otaqda kim isə sözü uzadı. Qadın ora sarı qaçdı.

                Tomrisi isə  özünü idarəni itirirdi. Ağ ciyərləri bir-birinə qapandılar. Beyin düşünməkdən imtina etdi. Əllər buz kimi soyuyub, tir-tir əsdilər. Gözünün qabağına əcaib bir təsvir gəldi. Görüntü az qala onun huşunu özündən aparacaqdı. Bu sözlər hələ də qulaq pərdəsinə çırpınırdı. Çünki o, artıq bu avazı neçə illər əvvəl duymuşdu.

-Hər şey yaxşıdı? Tomris xanım!- İri bədənli kişi axradan onun qolunu tutdu.-Əgər sizə yaxşı deyilsə mən indi...

-Xeyir, xeyir...Hər şey yaxşıdı!

Tomris astaca çevrilib, ona baxdı. Kişi onun qolunu buraxdı.

-İçəri- böyük otağa keçə bilərsiniz.

Qız irəli addım atan kimi Nura gəlib, onun yolunu kəsdi. Tez gəlib, kişinin qulağına bir neçə dəfə nəsə pıçıldadı. Uzaqlaşan kimi kişinin iri açılan gözlərin heyrətini görməmək mümkün deyildi.

-Nəsə baş verib?

Hər ikisi həyəcandan rəngi qaçmış şəkildə, qırmızı çalarları əks etdirən koftalı qıza baxdılar. Yaşlı qadın irəli keçdi:

-Elə bil siz içəri keçən də mən unutdum deməyə...Elə sevinmişdim buna görə...

-Bəs yaxşı nə baş verib,mən pis bir şey etdim?

-Yox.-Hər ikisi bir ağıza dedilər.

-Professor hərdən çox əsəbi olur.

-Nura, mən artıq onu xəbərdar etmişdim. Əsas məsələni de!

-Tomris xanım, onun üstünə şkaf düşdü.

Cavan qız əlini ağzına aldı. Qəribə və gülməli eşidilsədə, Tomrisin ürək döyüntüsü qulaqlarında donquldadı.

-Yox, narahat olayın o, sağ-salamatdır. Sadəcə alnında bir kəsik əmələ gəldi. Bunu sadəcə dedim ki, biləsiniz.

-Nura...Bir az da buz gətir.

Yenidən ürəyin tutulmasına səbəb olan avaz. Nura cəld mətbəxə daxil oldu.

-Nəyə görə onun üstünə şkaf düşdü?

-Demişdim ki, o çox əsəbidir. Hər şeyi sındırır eləyir...

-Axı, hər şeyin bu dərəcə pis olduğunu fikirləşmirdim.
-Mən də.

Kişi sadəcə ümidsiz şəkildə gülümsədi.

-Buyurun, içəri keçin.

                Otağa girən kimi onun iri olduğunu alnamaq çətin olmurdu. Qarşı tərəf şüşə ilə əhatələnmişdir və orada İsveçrənin əsrarəngiz gözəlliyi bəbəkləri coşdururdu. Elə ora qoyulan kresloda başını arxaya atmış və buz kisəsini alnında saxlamış əllər görünürdü. Ondan sağ tərəfdə isə iri masa və stul, həmçinin həmin ensiz şkaf dayanmışdı. Kitablar isə yerdə səpələnmişdi. Lakin Tomris heç buna fikir verməmiş irəliyə, göz qırpmadan baxırdı. Səssiz və iri addımlarla ona tərəf gedirdi. Hətta ağ ciyərləri belə çox yavaşcadan qalxıb enir. Sanki kimisə narahat edəcəyindən qorxurdu. Kreslonun yanında duran Nura belə ona tərəf baxmırdı. O, evin sahibi olan oğlanı izləyir. Buz kisəsini onun alnına sarı tuturdu. Qəflətən diksinib, Tomrisin burada olduğunu dərk etdi. O, cəld əyilib, onun qulağına pıçıldadı. Nura sözünü bitirməmiş, başını arxaya doğru endirmiş oğlan dedi:

-Kim gəlib?

Tomris duydu ki, bütün bədəni boyunca tükləri biz-biz qalxdı. Onun səsi demək olar ki, dəyişməmişdi: təmkinli, inandırıcı və hal-hazırda daha çox qəzəbli və səbrsiz. Nə vaxtsa elə bu səs Tomris üçün ən sevdiyi musiqiyə çevrilmişdi.

-Əgər bu həmin qonşulardısa, de onlara gedsinlər burdan.- Başını qaldırmamış danışmağa davam edirdi.- Bütün günü ər, arvad qırğın edir, mənədə maneə törədirlər. Nə oldu mən bir zibil şkafı...Üzr istəyirəm Nura, lakin...

-Yox, siz anlamırsınız. Sizin mükəmməl görüşünüz bu gündür...-Deyə Nura “mükəmməl” sözünü fərqli şəkildə vurğuladı.

-Şkaf başıma düşən kimi hər şeyi unutdum. Kitabxanada müsahibə alan həmin jurnalistlə görüş?

-Yox. Onunla görüş sabahdır.

Tomrisin bu söhbətdən sanki, içi yanırdı. Cəsarətini yığıb  onunla danışmaq istəyirdi. Onun gözlərini, sifətini, əllərini, zahirini, danışıq tərzini duymağa səbrsizlənirdi. Göz qabağında hər anı, məkanı, vaxtı itirmişdi. Dilədiyi yalnız onun daxilindəki xəzinədir. Tomris bu sərvətin bağışladığı məlahətli hissləri üçün dəli tək darıxmışdı. Leylinin dediyi kimi olmaq mümkün deyil. Öz daxilini dinləyərək dərinlikdə batırdı. Anlayırdı ki, onu cəzb edən, aslı halla salan, təmiz havanı dərməyə imkan verən başqa bir qüvvə deyil. Bu yalnız onun qarşısında duran insandır. Ağ ciyərinə nəfəsini yığıb, irəli keçdi:

-Salamın.

Bu sözlər elə bil zamana təsir eləyib, onun yolunu kəsdi. Hər şey bir anlıq baş verdi. Nura ağzını yumub dayandı, kresloda oturan insan diksinib, qəflətən cəld ayağa qalxdı. Qalxdıqda özünlə birlikdə buz kisəsi uçub yerə düşdü. Sürüşüb, Tomrisin ayaqları altında dövr vurdu. Qız əyilib, buzu əlinə götürdü və başını qaldırdı. Qarşısındaki gözlərin şüşə tək səssiz, donmuş olduğunu gördü. Sanki bu şüşə çatamağa başlayırdı, çünki daxilən işığın gücü onu qırırdı. Elə bil bu bəbəklər ona zəncil kimi bağlanmışdı. 5 il əvvəl aramsız şəkildə bu səhnəni dəfələrlə xəyalında qururdu. Onun səsi otağı bürüdü:

-SSs.. Aaa… Salamın.

-Tomris, qızım bunu ver mənə. Gedim dəyişim.

Heyrətdən gözlərini qırpmayan qız yaşlı qadına buz kisəsini uzatdı. Oğlanın gözləri onun şabalıdı gözlərindən əl çəkmirdi. Artıq bu zəncili qırmaq və ya yenidən ona əzab verə-verə məhv etmək mümkün deyil. Sonda kiminsə gözləri təslim olmalı, qarşısındakının güclü olduğu ilə razılaşmalı idi. İlk növbədə yanaqlar alma tək qızardı. Göz qapaqları qorunmaq üçün azca örtüldü, dodaqlar sıxıldı. Qəhvəyi gözlərin mənzərəsi döşəməyə düşdü. Oğlan isə gözlərini çəkmədi. Telefonda onun minlərlə, dəfələrlə eyni şəkillərini izləməkdən təngə gəlmişdi. Canlı dərisini, sifətini və xüsusi ilə onun qoxusu… Həmişə utanan, gülən gözlər. Cəsarət qəlbə sürətlə doldu. Onun inamlı səsi  də tezliklə yığılırdı. Axır ki, avazı ətrafı dövrəyə aldı. 

-Salam. Sizi görməyə şadam.  

-Bəli… Mən də tanış olmağa şadam. 

Mənasız sükut hökm sürməyə başladı. İncə səs onu pozdu. 

-Sizin alnınızdan qan gəlir. -Deyə heyrətdən ağzını ayırdı.

-Yox, fikir verməyin! -Deyə cəld əlini salfetə tərəf uzatdı. Az sonra ağappaq salfet al qırmızı rəngə batdı.  -Bu yara sadəcə… eeee. 

-Üstünüzə şkaf düşdüyündən yaranıb. 

Oğlan təəccüblə ona baxdı:

-Sizə bunu hardan başa düşdünüz? 

-Mənə dedilər. 

Nura buz kisəsi ilə qayıtdı:

-Bir dəqiqə oturun… Hə bax belə…

Lakin oğlan çevrilib ayaq üstə duran, yanaqları qalxmış qızı seyr etdi. 

-Yaxşı, heç olmaz. Qonağımızı gözlətməyək. 

-Yox hər şey yaxşıdı, mən gözləyə bilərəm. 

-Əslində mənim yaram çox iri deyil. Bunlara ehtiyacım yoxdur. -Deyə buz kisəsini Nuraya verdi. 

-Elə isə mən gedib, sizə və Tomiris xanıma bir içki gətirim. 

-Xeyir lazım deyil mən içmirəm.

-Oh… siz məni səhv başa düşdünüz. Mən çay, limanad və ya suyu nəzərdə tuturdum. 

-Hə həqiqətən. Bağışlayın səhv anladım.

 Qarşıda duran cənab söhbətə qatıldı:

-Bağışıla demək önəmli deyil, sadəcə bu evdə heç kəs içkilərdən istifadə etmir. Amma məncə siz anonas şirəsini üstün tutardınız. 

-Təşəkkür edirəm, lakin heç bir şey istəmirəm. 

-Məncə siz çəkindiyinizə görə belə danışırsınız. Nura iki onanas şirəsi zəhmət olmasa. 

Nura Tomirisə xoşbəxt şəkildə gülümsəyib, otaqdan çıxdı. Tomiris yenidən yaranmış sükutu pozmaq üçün dilləndi:

-Nədən anonas? Bəlkə mən başqa bir şirə istədim?

Oğlan bir anlıq daxilən pərt oldu. Qəflətən gözləri yerdə səpələnən kitablara sataşdı. Ən üstə ki, kitab qarışıq durumdan çıxmağa yadım idi.

-Çox zaman yazılan əsərlər yazıçının gördüyü, hiss etdiyi hətta sevdiyi zövglərinə əsasən qələmə alınır.

Tomris hazırcavabdan donub qaldı. Düşünməyə belə vaxtı çatmamış, oğlan onun yanından keçib, kitabı əlinə aldı. Qız özündən aslı olmayaraq əli ilə ağzını örtərək güldü.

-Gəlin, mən özümü sizə təqdim edim. Sonra isə bu kitabın müəllifini. Adım Qeys! Sizin də Tomris.-Deyə əlini uzatdı.

-Bəli.-Əlini uzadıb, sıxdı. Dərisi isti hava ilə örtüldü. Həyəcan onun yaxasından yapışıb, narahatçılıq törədirdi. Çünki lap əvvəllər bunu artıq yaşamışdı. Düşüncələr onu incidir, dəyişilməyə cəhd edirdi. Qeys əlini buraxdı.

-Mən bədii kitabları son dəfə 18 yaşım olanda oxumuşdum. Bundan sonra nəyəsə görə elm barədə kitablar məni cəzb etdi.

Tomiris ciddi olmağdan əl çəkib, gülümsündü:

-Nəyəsə görə? Siz səhv etmirəmsə alimsiniz. Yəni bu adi haldır.

Qeys ucadan güldü:

-Həqiqətən…Özümü alim hesab etmirəm.

Tomiris bir qaşını qaldırdı:

-Nədən? Siz özünüzü alim hiss etməlisiniz ki, digərləridə bunu sizin üz ifadənizdən, inamlı olduğunuzdan görsün.

Qeys əlindəki kitabı həyəcandan, darıxdığı səsdən sıxdı. Lakin irəlidə duran qızın heç nə ifadə etməyən gözlərinə baxdı və elə bu onu yetərincə narahat etməyə başladı.

-Bilirsiniz, Tomiris xanım mənim üz ifadəm deyil, düşündüyümü ifadə etmək, kim olduğumu deyəcək. Sizədə buna oxşar sual vermişdilər. “Sizin üçün şah əsəriniz hansıdır?” Sizdə cavab verdiniz: “Mənim önəmli vəzifəm qələmi alıb, yeni həyatı vərəqin üzərinə yazmaqdır. Onun şah əsər olduğunu isə siz müəyyən edəcəksiniz.

Qeysin yanaqları gözlərinə doğru çəkildi. Tomiris isə gözlərini iri açıb, təlaşla ona baxırdı. Oğlan qarşısında duran üz ifadəni heç gözləmirdi. Otağı narahat olmuş səs bürüdü.

-Hər şey yaxşıdır. Mən…Mən sizin xətrinizə dəymək istəmirdim. Bunu…

-Xeyir, hər şey yaxşıdı. Çox diqqətli oxuyursunuz.

-Bəli. Maraqlı kitabları diqqətlə oxumağı sevirəm.

Artıq qızın üzü cidd sifət aldı. Sükut vaxtı daraldır, həyəcan və təlaş dalğası artırdı.

-Bilirsiniz nəyə görə mən sizi bura çağırmışam?

-Əslində, dəqiq bilmirəm.

-Şahmat olnamağa!

-Şahmat? Mən çox zəifəm bunda.

Qreys gülümsədi. Onun parlaq dişləri göründü.

-Bilirsiniz, kim isə məni alim adlandırır. Halbuki sadə bir şahmat oynunda güclü deyiləm. Buna görə narahat olmayın, çünki mən zəif olmaqdan geri qalmamışam.

Tomrisin daxili təbəssümlə işıqlanmışdı. Lakin xaricindəki təmkinli sifət Qreysi çəkindirirdi.

-Təklifimi qabul edirsiniz?

 

                                                                              Fiqurlar.

-Ağ fiqurların tərəfindən oturun.

Hər ikisi mərkəzdə qoyulmuş kiçik stolun arxasına keçdilər. Nura ora daxil olub, şirəni masanın üzərinə qoydu.

-Uğurlar! Mən sizi tərk edim.

Qeys sadəcə başı ilə təstiqlədi.

-Yaxşı gəlin başlayaq. Mən öz fikirlərimi və suallarımı desəm, inanıram ki, sizin əsəblərinizlə oynamayacam.

-Nə? Təbii ki, xeyir. Sizin danışığınız məni heç vaxt bezdirməyim. Əvvəllər….

Tomrisin dili cəld qıfılla bağlandı. O, sadəcə danışdığını indi anladı. Bu çox səmimi deyilmişdi.

-Əvvəllər nə? Siz nəsə deyəcəkdiniz. Tomris xanım hər şey yaxşıdı?

-Bəli. Şahmatın  qanunlarına əsaslanaraq ağ birinci başlamalıdır.

Qeysin daxili narahatçılıq ilə dolsa da söhbətin dəyişilməsini üstün tutdu.

-Bəli başlayın.

Ağ rənglə boyalanmış kiçik dırnaqlı, barmaqlar piyada fiqurunu e2-dən, e4-ə sürüşdürdü. Qeys isə onun təmkinli üzündə xoşagəlməz bir ifadəni oxudu. Hətta bu onu şübhələndirir,  qəlbindəki güvəni söndürürdü.

-Demək piyada ilə başladınız.

-Mənim biliyimə görə bununla başlayırlar.

Tomrisin qarşısında duran qara piyada e7-dən, e5-ə  sürüşdürüldü.

Tomris çəkindiyindən susdu. Qeys gülümsəyib davam etdi:

-Sizcə, bu piyadanın üzərində nə qədər yara var?- Deyə piyadanı əlində sıxıb, qaldırdı.   

Tomris gözlərini döyə-döyə ona baxdı. Özünü o zaman zəif, alçaldırmış hiss etdi. Amma nədən?

-Üzr istəyirəm, deyəsən, fikrimi yaxşı ifadə edə bilmədim. Unudun getsin.

-Xahiş edirəm yenidən deyin.- Deyə vəziri barmaqları ilə sıxıb, f3-ə qoydu.

Qeys başını aşağı saldı, lakin gözləri hələ də qızda gəzirdi. Qəflətən qarşıda duran atın üstünə cumdu. Cəld 2 dama irəli, bir dama sola döndərib, c6-ya qoydu.

-Bu piyada 16 yaşlı uşaqdır. Deməzdim zəif və ya özünü müdafiə etməyə bacarmayan. Hətta çox əsəbi, dava açan biri idi. Amma ki, bir gün o aciz əllərin arasında sıxıldı.

O, dinməyib, ağappaq sifətli qıza baxdı. Sanki ümid bəsləyirdi ki, onun dediklərini anlayıb. Dodaqlar açıldı:

-Qeys, siz… mmmm

Qeys, biz-biz durmuş tüklərini bədəni boyunca hiss etdi. Bu səs illər boyunca belə səmimi eşidilməmişdir.

-Bəli.

-Siz bilirsiniz mənim piyadamda 16 yaşlıdı. O,  hər kəsin gözündə zəif bir canlı, kabus tək mənasızdır. Təbii ki qorxağın biri… Adi səbəblərdən sanki ağzını sap ilə tikir. Xəyal qurudu ki, fərqlidi və bir gün sübut… Yalnız daxilini sübut etmək üçün ona yardım edə bilən varlığı səbrlə gözləyirdi.

Bir anlıq Qeys nəfəsini dərindən alıb, əsl oyuna başladı:

 -Bəs o, bu varlığı artıq tapıb?

-Bəli...- Tomrisin xarici görünüşü qızardı.-Lakin yenidən itirib…

-Bəlkə piyada yanılır? Yenidən axtarmaqla həmin varlığı qazanar.

-Xeyir, siz məni anlamadınız. Bu varlıq özü gedib.

Qeysin gözləri iri açıldı. Orada çaşqınlıq, çarəsiz bir anla qarşılaşma görünürdü. O, hal-hazırda kinayəli ifadələri bir qırağı qoyub, açıq danışardı. Lakin mümkün deyil.

-Qeys, sizi nəsə narahat edir? Təəccüblü gürünürsünüz….

-Sizin növbənizdir,-deyə tutulmuş səsi ilə bildirdi.

Tomris bu cavabı heç gözləmirdi. Gözlərini ondan çəkdi və meydançaya göz gəzdirməklə bir neçə fiquru ürəyində saydı. Asta-asta fili qara tərəfə sürüməyə başladı. Sonda fil c4 damasında durdu.  

Qeys boynundan axan su ilə damalı yerin üzərində durmuş ağ fiqurlara baxdı:

-Piyadanı atıb gedən bu varlığın, bəlkə, bir səbəbləri var idi.

-Hər şey ola bilər. Deməli, üstəlik o yalançı imiş.

-Yalançı?-Qeys udqundu.

-Bəli o piyadaya söz vermişdi ki, nə olursa olsun ondan ayrılmaz.

Qeysin nəm barmaqları piyadanı örtdü. Artıq a6-da qara piyada durdu. O, sonra  bəbəklərini göyə qaldırıb, yenidən təmkinli üzlə rastlaşdı.

-Bu ağ piyada, o sevgini nə hesab edir? Buna necə baxır.

-Ah, o… -Nəhayət ki, sifət gülümsədi.- Onun oğlanlardan xoşu gəlmir.

-Niyə?

-Çünki oğlanlarda istədiyini görə bilməmişdir. Arzulayırdı, xəyalı həyatla yaşayırdı. İnanırdı ki…

Polad rəngində gözlər aşağı endi. Dodaqlar tərpənməz oldu.

-Nəyə inanırdı?

-Onu xilas edən olacaq.

-Nədən?

-Bütün həyatda gördüyü dəhşətlərdən. Bilirsiniz bizə deyirdilər ki, həyat gözəldir, hər kəsi sevmək, bir-birinə hörmət bəsləmək lazımdır. Lakin siz özünüz də gözəl bilirsiniz ki, nağıllar həmişə gözəl başlayır, gözəl bitir. Gec tez piyada nəyin necə olduğunu, gözləri ilə yaşadı. Həyata baxışı dəyişdi. Sanki qarışıq dumanın içərisində itirdi. Düşündüklərinin səhv və ya düz olduğundan şübhələnirdi. Bax bundan xilas olmaq üçün ona layiq insanı axtarırdı.

Qız onun donmuş gözlərinə baxdı. O, ağzını açıb, yumdu.

-Bilirəm təəccüblüdür. Lakin piyadanın aləmində sevgi tamam başqa məna kəsb edir. Sevgi yalnız ilk görüşdən qazandığın duyğular deyil. Bu tamam başqa bir hissdir. O, hələdə öz xilaskarını gözləyir,-deyə irəlidə olan qara piyadanı ağ vəzirlə ilə vurdu. Qara tərəfdən olan bir nəfər qıvrılaraq, sürətlə yerə çırpındı. Qeys tərpənməz şəkildə qıza baxırdı. Sanki yerə dəyib, əks-səda verən piyadanı eşitmədi. Elə bil  hər şey artıq mənasız görsənirdi. O isə zəifləyib, getdikcə ümidi məhv olurdu.

- Şah və mat.-Deyə Tomris astaca ifadəni bildirdi. Onun sinəsi ehtiyatla qalxıb enirdi. Sonra yerə tərəf əyilirdi ki, Qeys onun əlini tutdu.

-Ehtiyac yoxdu, özüm qaldıraram.

Onun səsi yad insanın avazına bənzəyirdi. Elə bil Tomrisin qarşısında oturan adam bir neçə dəqiqəyə gül kimi solub, göz qabağında dağılırdı . “Mən həqiqətəndə çox bərk zərbə endirdim.”, -deyə Tomris düşündü:

-Düzdür artıq oyun bitdi. Amma yenədə mənə maraqlıdır, əlinizdəki piyada sevginin necə olduğunu izah edə bilərmi?

Qeys piyadanı yerdən götürüb, ovcunda sıxdı. Çünki bu oyuncaq mübarizə yerindən tərk edilmişdi.

-Sevgi piyada üçün tamam başqa bir növ idi. Qısası, piyada qızların hərəkətlərini görüb, bunu olduğu kimi qabul edirdi. Düşünürdü ki, belə olmalıdı….

-Hansı hərəkətlər?

Qeys dərindən və dərdli köks ötürdü. Sonra isə düşüncəli tərzdə dodaqlarını bir-birinə sıxdı:

-Bilirsiniz, bəziləri bunu qısqanc hərəkət kimi qabul edə bilər. Mənim sadəcə belə bir xasiyyətim mövcuddur. Elə bil qız axtarırdım ki, tamam fərqli olsun, mən ona maraqlı gəlim, yəni mənim danışdıqlarımı qulaqardına vurmasın, mənimlə bir sevinsin. Axı sevgi yalnız ehtirasdan ya da gözəl sözlərdən ibarət deyil. Həmçinin məktəbdə oxuyanda qızların necə öz dostluq dairəsini böyütdüklərinigörürdüm. Yəni hər bir oğlanla danışır, gülür, hətta qucaqlaşır, demirəm ki, qucaqlaşmaq dosluğa xas bir hərəkət deyil.  Nəyə görə? Fərq deyilən bir hiss var. Dostunla etdiyin hər şeyi sevdiyin insanın üzərində yenidən sınamaq…Məncə, sanki soyulmuş kartofu yenidən soymaqdı.

Tomris ürəkdən gülür. Qeys isə qulaqları ilə bu gülüşdən əvvəllər ləzzət aldığı kimi indi də həzz aldı.

-Razıyam…-Deyə Tomiris gülüşünü gizlətmək üçün astaca əli ilə ağzını örtür. Lakin bu onun qızarmış yanaqlarını gizlətmədi.-Davam etdin.

-Bəli...Mən artıq bunları mümkün qədər adi qabul etməyə başladım.

-Hətta bəyənməsəs.

-Hə… Elə bil… Siz sağ qalmaq üçün dərman içməlisiniz, hətta buna belə nifrət etsəniz. Çünki fikirləşirsiniz ki, xilas olunmaq üçün digər yol yoxdur.

-Amma ki, dilədiyiniz hər şeyə yüksəkdən inansanız alına bilər.

-Mən isə sizin dediyinizi “səssizcə” arzulayırdım. Buna öyrəşmişdim. Daha doğrusu, dözürdüm. Lakin son anda istədiyimi gördüm…-Deyə gözləri aramsız şəlikdə Tomirisin gözlərinə dikildi.-Sanki tamam başqa bir aləmdə yaşayan insan qabağıma çıxmışdı. Mən onun güvənini qazana bilmişdim. Onun danışdıqları heyrətamiz idi. Mən hiss etdim ki, onun üçün fərqli bir insanam. Vaxt getdikcə onunla nəfəs alıb, verməyə və ondan ayrılmaq mürəkkəbləşirdi. Düzdü, bəzi zibil səbəblərdən onun itirməyə başlayırdım. Amma o uzaqlaşdıqca…Bilirsiniz…Elə bil daxilimi kim isə cırmaqlayırdı…orada minlərcə yaraları yaradırdı. Məni vəhşi tək qıcıqlandırır, insana xas olmayan varlığa çevirirdi. Çünki…Çünki bu istək…Onu yenidən görmək istəyi…

Tomrisin yanaqları parıldadı.

-Sizə nə olub, hər şey yaxşıdı?-Deyə ayağa qalxdı. Ona sarı yaxınlaşmağa başladı. Tomiris qəfil ayağa qalxıb, başını yana çevirib, əlləri ilə örtdü.

-Xahiş edirəm bağışlayın. İndi elə fikirləşəcəksiniz ki, mənim məqsədim sizi ağlatmaqdı. Amma deyil… mən…yalnız…

-Hər şey əladı.-Tomris sifətini ona tərəf tutdu. Onun qızarmış gözlərini və burnunu görmək oldu. Lakin bütün bunlara gözəl bir sevinc qatan təbəssüm simaya yayıldı.-Hər şey qaydasındadır. Əvvəl olduğu kimi…

Sükut uzandıqca, gözlərdə uzun-uzadı bir-birini seyr edirdi. Məhz xəyallarda, arzularda mövcud olan bu an həqiqətən göründü.

-Çalışacam ki, piyadanın xilaskarı mən olum,-deyə Qeysin yanaqları göyə qalxdı…

 

- Oyan! Özünə gəl! Oyunu davam elə.

Oğlan qəfil stoldan başını qaldırdı.

-Bəli müəllim! nə olub?

-Bax gör qabağındaki düşmən hansı tələləri quraşdırıb.

Oğlan qarşısındaki şəxsə sonra ağ və qara fiqurlara baxdı. Onlar olduğu kimi səssiz, cansız və sevgi ilə dolu idi.

                                                                                                                             

                                                                                                         Əlişli Çinarə.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+16=
Hesaba giriş
Müəllif

Çinarə Əlişli
Haqqında
Hal-hazırda mənim 16 yaşım var. Uşaqlıqdan kitablara marağım olub və onları sevə-sevə oxumuşam. Onlara qarşı olan sevgini heç vaxt, heç kim dəyişdirə bilməz. 11 yaşım olanda isə ilk əsərimi yazıb-yaratmışdım. Bu əsərin nəticələri uğurlu olduğundan həm ideyalar, həm də həvəs məni yeni əsər yazmağa vadan etdirdi. Hobbim çoxlu kitab oxuyub, onu dərindən anlayıb, bacardığım qədər gözəl əsər yazmağdır. İndi isə əsərlərimin digər dillərə tərcümə edilməsi, dünyada şöhrət qazanmaq və hərkəsin yaddaşında silinməz iz qoymaq mənim ən vacib və böyük məqsədimdir. “Sən kim olursansa ol, nə istəyirsənsə istə, əgər nəyisə bərk istəyirsənsə, mütləq əldə edəcəksən, çünki bu arzu Kainatın Ruhunda doğulmuşdur. Bu, sənin Yer üzündəki vəzifəndir.” Paulo Koelho.
Əlaqə
Tel.:
0707521730
E-mail:
alishlychinara@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0336 saniye